Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
31-07-2020, 10:09 190 dəfə baxılıb

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi












İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram