Ermənistan TƏSLİM OLDU: Sülh istəyirik - VİDEO
Ermənistan təhdid dilini rədd edir və problemin sülh yolu ilə həllini dəstəkləyir.
Dogruxeber.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.Qondarma Dağlıq Qarabağ Respublikasını münaqişənin həlli üçün açılan müzakirə masasının üçüncü tərəfi kimi təkidlə təqdim etməyə çalışan mətbuat katibi bildirib ki, hazırkı vəziyyətdə Azərbaycan Ermənistanla danışıqlardan imtina edirsə, bu ölkənin Qarabağ münaqişəsi ilə bağlı hansı tərəflə danışacağı bəlli deyil.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhədin Tovuz istiqamətində düşmənə sarsıdıcı zərbələr endirib. Düşşmənin çox sayda canlı qüvvəsi və texnikası, qərargahları məhv edilib. Ermənistan itkilərini gizlətməkdə təkd etsə də, artıq ordusunun cavab zərbələrinə tab gətirmədiyini siyasi çıxışlarla sübut edir.