Azərbaycan QHT-ləri BMT-nin Təhlükəsizlik Şurasına MÜRACİƏT ETDİ

Azərbaycan QHT-ləri BMT-nin Təhlükəsizlik Şurasına MÜRACİƏT ETDİ













Azərbaycan QHT-ləri Terror dövləti olan Ermənistanın durdurulması və cəzalandırılması tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin Baş katibi Antoniyo Quttereşə müraciət edib.

Dogruxeber.az bildirir ki, müraciətdə deyilir:

"17 oktyabr gecə saat 01 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyüş şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə SCUD/Elbrus ballistic raketlə hücum edib. Nəticədə 13 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar və yaşlılar da var.

Son iki həftədə artıq üşüncü dəfədir ki, Gəncə şəhəri Ermənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır və indiyi kimi bu hücumlar nəticəsində 27 nəfər mülki şəxs ölüb, 100-dən çox yaralanıb..

Ermənistan hərbi və siyasi rəhbərliyinin münaqişə zonasından çox uzaqda yerləşən və heç bir hərbi zərurət olmadan 500 minlik Gəncə şəhərini bombalaması, qəsdən və məqsədyönlü şəkildə böyük dağıdıcı gücə malik SCUD kimi raketlərdən istifadə edərək günahsız dinc əhalini hədəfə alaraq öldürməsi tarixə 21-ci əsrdə insanlıq əleyhinə törədilimiş ən qanlı müharibə cinayəti kimi daxil olacaqdır.

Azərbaycan ictimaiyyətini üzən və dərindən narahat edən təkcə Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi bu vəhşilik, barbarlıq və terror aktı deyil, bizi ciddi şəkildə hiddələndirən və narahat edən dünyada təcavüzkarı durdurmağa və cəzalandırmağa borclu olan, məhz bunun üçün dünya birliyi tərəfindən yaradılan BMT-nin Təhlükəsizlik Şurasının Gəncədə yaşanan insanlıq dramına, törədilən soyqırım və müharibə cinayətlərinə səssiz qalmasıdır.

Hamıya aydındır ki, Gəncənin dinc əhalisinin kütləvi şəkildə və qəsdən öldürülməsi əmrini şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyan tərəfindən verilib və bu əmr dərhal icra olunub. BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa görə ən azından bu əmri verən Paşinyan və Tonoyan, əmri icra edən digər hərbiçilər hərbi cani elan olunmalı və onların dərhal tutularaq müvafiq qaydada cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurasının prosedurları işə düşməlidir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın törətdiyi cinayətə bu dəfə də səssiz qalsa, bu təcavüzkar və uşaq qatili olan olan Ermənistanın tam müdafiəsi və onun törətdiyi beynəlxalq cinayətlərə haqq qazandırmaq və bu cinayətlərə şərik olmaq anlamına gələcəkdir. Tarix isə bunu heç kimə bağışlamayacaq.

Ona görə də biz, bu müraciətə imza atan Azərbaycan QHT-ləri BMT Təhlükəsizlik Şurasından tələb edirik ki, təcili toplanaraq ilk növbədə Ermənistanın insanlıq əleyhinə tərətdiyi cinayəti qəti şəkildə pisləsin, sahib olduğu mandatından istifadə edərək Gəncəni bombalamaq əmri verən və çoxlu sayda mülki əhalini öldürən təcavüzkar Ermənistanın baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atsın".

Qeyd edək ki, bu müraciət 531 QHT tərəfindən imzalanıb.
(Lent.az)

Tarix:17-10-2020, 10:33 Baxış Sayı:53 Kateqoriya:siyaset / sosial
SON XƏBƏRLƏR
Prezidentin köməkçisi: “Nikol Paşinyan, səhvə yol verdin” - FOTO
Azərbaycanlı səfir Kolumbiyanın aparıcı radiolarında erməni terrorundan danışıb
“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” - “New-York Times” Bərdədə / Fotolar
Türk ve Azerbaycanlı çocuklar “Cumhuriyet Bayramı” için aynı klipte buluştu
Məkrli erməninin hədəfi yenə də mülki əhalidir
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Bu mağaza şəhid ailələrinə pulsuz xidmət göstərir - Foto
ŞAD XƏBƏR: Yeni ərazilər işğaldan azad edildi
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi – FOTO
Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirilib
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - RƏSMİ
Ermənistan mülki vətəndaşları və jurnalistləri hədəf alır
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
“WhatsApp”da “fişinq” kampaniyaları Nazirlikdən xəbərdarlıq
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi: “Ağbənd atəşə tutulub”
AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq
Daha bir yüksək rütbəli erməni zabiti məhv edildi - RƏSMİ
Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub
Ermənistan mülki vətəndaşları hədəfə alıb - Hacıyev
Son sutkada 527 nəfər virusa yoluxub, 131 nəfər sağalıb
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Qarabağda metallurgiyanın inkişafı potensialı böyükdür
İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Azərbaycanın səkkiz rayonu Ermənistan tərəfindən atəşə tutulur - RƏSMİ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla