Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın”

Prezident ermənilərə səsləndi: “Uşaqlarınızı bizim torpaqlara buraxmayın”















“Ermənistan xalqına müraciət etmişdim, yenə edirəm. Uşaqlarınızı bizim torpaqlara buraxmayın. Onların Azərbaycan torpağında nə işi var?”

Dogruxeber.az bildirir ki,bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, Ermənistanın hərbi komissarlıqlarında mitinqlər təşkil olunur:

“Ermənistanda analar yolları kəsir, qoymur ki, uşaqları getsin, başqa ölkənin torpağında ölsün. Erməni xalqına müraciət etmişdim, yenə edirəm. Qoymayın uşaqlarınızı bizim torpaqlarımıza. Nə işi var onların Azərbaycan torpaqlarında? Bizim sizinlə işimzi yoxdur, öz ölkənizdə yaşayın. Bizim torpaqlarımızdan çıxın.

Biz haqlıyıq, ədalət yolundayıq. Bizim savaşımız müqəddəs savaşdır. Biz döyüş meydanında öz gücümüzü həm düşmənə, həm bütün dünyaya göstərdik. Biz öz torpağımız uğrunda döyüşürük və öz torpaqlarımız uğrunda şəhid veririk.

Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi xalqımızın iradəsidir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu tarixi günləri görə bildik. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm.

Bundan sonra da öz fəaliyyətimdə, ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni edəcəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Biz öz torpağımızda vuruşub, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

Tarix:17-10-2020, 12:04 Baxış Sayı:53 Kateqoriya:siyaset
SON XƏBƏRLƏR
Prezidentin köməkçisi: “Nikol Paşinyan, səhvə yol verdin” - FOTO
Azərbaycanlı səfir Kolumbiyanın aparıcı radiolarında erməni terrorundan danışıb
“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” - “New-York Times” Bərdədə / Fotolar
Türk ve Azerbaycanlı çocuklar “Cumhuriyet Bayramı” için aynı klipte buluştu
Məkrli erməninin hədəfi yenə də mülki əhalidir
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Bu mağaza şəhid ailələrinə pulsuz xidmət göstərir - Foto
ŞAD XƏBƏR: Yeni ərazilər işğaldan azad edildi
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi – FOTO
Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirilib
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - RƏSMİ
Ermənistan mülki vətəndaşları və jurnalistləri hədəf alır
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
“WhatsApp”da “fişinq” kampaniyaları Nazirlikdən xəbərdarlıq
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi: “Ağbənd atəşə tutulub”
AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq
Daha bir yüksək rütbəli erməni zabiti məhv edildi - RƏSMİ
Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub
Ermənistan mülki vətəndaşları hədəfə alıb - Hacıyev
Son sutkada 527 nəfər virusa yoluxub, 131 nəfər sağalıb
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Qarabağda metallurgiyanın inkişafı potensialı böyükdür
İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Azərbaycanın səkkiz rayonu Ermənistan tərəfindən atəşə tutulur - RƏSMİ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla