İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması zamanı İtaliya şirkətlərinin cəlb olunması məqsədəuyğun olardı - Anar Məmmədov















Bu gün İtaliya-Azərbaycan əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə davam etməsi onu göstərir ki, münasibətlər müttəfiqlik əlaqələrinə yaxındır. Azərbaycanla İtaliyanın çoxəsrlik tarixə əsaslanan oxşar dövlətçilik ənənələri, maddi-mədəniyyət nümunələri, hər iki xalqın adət-ənənələrinə bağlılığı iki ölkə arasındakı münasibətləri eyni məqsəd naminə birləşdirir.

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın müqavilələr imzalayıblar bu halda Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə işlərdə podratçı kimi iştirak edirlər. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa Birliyi arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Nəzərə alsaq ki, əvvəlki dövrlərdə və hazırda da İtaliya xam neft ixrac edir və eyni zamanda növbəti illərdə də İtaliya Azərbaycan arasındakı ticarət dövriyyəsinin daha da artacağı proqnozlaşır. Çünki, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan İtaliya bazarına mavi qaz nəql edəcək. Beləki, TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.
Məlum olduğu kimi, müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Son illərdə isə Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. Bu isə Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən investisiyaların strukturunda İtaliya sərmayəsinin payını artırır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməsi dövründə də İtaliya haqlı olaraq yanımızda olmasını göstərdi. İtaliyanın Neapol şəhərinin Ottaviano, Liveri, Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələrinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın təcavüzünü pisləyən sənədlər qəbul etməsi, bir sıra siyasətçilərin, parlamentarilərin Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatlar verməsi, eyni zamanda, İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi, onların Gəncə və Ağdam şəhərlərində ermənilərin mülki əhaliyə qarşı törətdikləri vandalizmə, eyni zamanda erməni barbarlığına şahidlik etmələri bir daha onu göstərir ki, bu səfərin İtaliyanın Azərbaycanla münasibətlərində xüsusi yeri var. Bu əsasda növbəti mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması zamanı İtaliya şirkətlərinin cəlb olunması məqsədəuyğun olardı.


Oxunub: 468

Son xəbərlər

Dövlət Xidmətindən restoranlara XƏBƏRDARLIQ

Əhalinin ən çox xərci nəyə çıxır? - VİDEO

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Qızıl və gümüş bahalaşdı

AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Bütün xəbərlər