Naftalanın icra başçısı NƏ GÜNƏ O VƏZİFƏNİ TUTUR Kİ? - BİABIRÇI FAKT!

Bəlli olduğu kimi, Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Azərbaycanın mülki əhalisi və cəbhəyanı ərazidə yerləşən kəndlər də iriçaplı artilleriyadan atəşə məruz qaldı. Düşmənin zərbəsi nəticəsində cəbhədən xeyli uzaqda yerləşən Naftalanda bir ailənin bütün üzvlərinin tamamilə həlak olduğu haqda məlumat vermişdik. Söhbət Qurbanovlar ailəsindən gedir.

Əvvəlcə nəzərinizə çatdıraq ki, mülki əhaliyə hücum etmək bütün beynəlxalq konvensiyalar tərəfindən birmənalı şəkildə qadağan edilir. Bu cür hərəkətlər müharibə cinayəti hesab olunur. Hərb qanunlarında heç vaxt dinc əhaliyə silah qaldırılmır və onlar hədəf seçilmir. Bütün qaydaları, qanunları pozan və hər hansı qayda və qanuna əməl etmək kimi bir anlayışa sahib olmayan Ermənistan və onun indiki rəhbərliyi – Paşinyan diktaturası növbəti dəfə öz çirkin əməllərini həyata keçirib və öz simasını göstərib.

Naftalanın icra başçısı NƏ GÜNƏ O VƏZİFƏNİ TUTUR Kİ?

“Hürriyyət”in redaksiyasına müraciət edən Bəxtiyar Qurbanov Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndindəndir. Onun ailə üzvlərinin 5 nəfəri Ermənistanın apardığı müharibə cinayətinin qurbanı olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.

Bəxtiyar Qurbanov şəhid olan ailə üzvlərinin qəbir daşlarının keyfiyyətsiz inşa edildiyini bildirir. O, eyni zamanda ailə üzvlərinin həlak olduğu evin indiyə qədər təmir edilmədiyini vurğulayır.

Şikayətçinin sözlərinə görə, dəfələrlə Naftalan şəhər icra başçısına və onun müavininə müraciət etsə də, şikayətinə əhəmiyyət verilməyib: “2020-ci ilin sentyabr ayında Ermənistan ordusunun atdığı mərmi evimizə düşüb. Nəticədə atam, anam, qardaşımın yoldaşı, oğlu və digər qardaşımın qızı şəhid olublar. Qardaşlarımın ikisi Rusiyada yaşayır. Bir qardaşım hərbçidir, travma aldığına görə Hərbi Hospitalın Psixoterapiya şöbəsində müalicə alır. Sağalmağı sual altındadır.

Şəhid olan ailə üzvlərimizin baş daşları deputatımız Anar Məmmədov tərəfindən qoyulub. Lakin çox keyfiyyətsiz şəkildə inşa edilib. Baş daşlarının rəngləri solmaq üzrədir. Yağış yağan zaman qəbir daşlarının bir tərəfi çökür. Məcbur olub qəbirlərin üzərinə dam örtüyü düzəltdirdik. Ümumilikdə 5 min AZN xərcim çıxıb. Naftalan rayon icra başçısına və birinci müavininə dəfələrlə müraciət etmişəm ki, qəbir daşları yenidən bərpa edilsin. Çünki dağılmaq üzrədir. Yenidən baş daşı qoymağa imkanım yoxdur. Hər müraciətimi də yola verirlər. Hər ikisinin də qəbulunda olmuşam. Hətta icra başçısının müavini Arzu müəllim özü şəxsən gəlib qəbir daşlarına baxıb. Lakin əhəmiyyət vermirlər.

Evimiz də çox acınacaqlı vəziyyətdədir. Dağılmış evin təmirinə icazə vermədim. Mən yeni evlə təmin edilməyimi istəyirəm. Çünki dağılmış evdən hələ də qan qoxusu çəkilmir. Səkkiz aydır ki, əzizlərimin qanını iyləyirəm. Bundan da cənab Prezidentin xəbəri yoxdur. İstəyirlər ki, dağılmış evi yüngülcə malalayıb, izi itirsinlər. Bununla da işi bitirmək istəyirlər”.

Naftalan İcra Hakimiyyəti tərəfindən müxtəlif vədlər verildiyini deyən şikayətçi səkkiz aydır ki, kirayədə qaldığını deyir: “Hər dəfə müxtəlif vədlərlə rastlaşıram. Nə qəbir daşları düzəldilir, nə dağılmış ev yenisiylə təmir edilir, nə də xəstəxanada olan qardaşımla maraqlanmırlar. Xəstəxanada olan qardaşımın həyat yoldaşı və oğlu şəhid olublar. Özü də hazırda psixiatriya xəstəxanasında müalicə alır. Qardaşım hərbçidir, müharibə vaxtı artilleriya qoşunlarında xidmət edib.

Demirəm ki, qəbirləri bahalı daşlarla düzəltsinlər, ən azından dağılmış yerlərini təmir etsinlər. Səkkiz aydır ki, kirayədə yaşayırıq. Gah millət vəkili, gah da icra başçısı deyir ki, kirayənin pulunu verəcəm. Səkkiz aydır ki, heç nə verilmir. Bir evdən bizi çıxartıdılar, məcbur qalıb başqa evdə qalırıq”.

Məsələylə bağlı gün ərzində Naftalan şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, telefonlarımıza cavab verilmədi.

Millət vəkili Anar Məmmədovun köməkçisi Elçin Cahangirov isə “Hürriyyət”ə bildirdi ki, sözügedən ailə faciə baş verən gündən millət vəkili Anar Məmmədovun diqqətindədir: “Qəbrin kənarları sulanıb deyə torpaqda çökmə olub. Naftalan şəhər İcra Hakimiyyətini də məlumatlandırmışam. Onlar da məsələni nəzarətə götürüblər. Həmin ailə faciə baş verən gündən millət vəkili Anar Məmmədovun diqqətindədir. Həmişə həmin ailənin yanındayıq, bundan sonra da belə olacaq. Deyilən problem də həllini tapacaq”.

Ümid edirik ki, tezliklə ölkə başçısının tapşırığına uyğun olaraq dağılmış ev və qəbr daşları yenidən bərpa olunacaq”.

Qeyd: Mövzunu davam etdirəcəyik. Ümid edirik ki, Bəxtiyar Qurbanovun müraciəti tezliklə öz həllini tapacaq.


Oxunub: 400

Son xəbərlər

Bu şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Şənbə gününün hava proqnozu

Alimlər 464 dərəcə istilik olan planetdə üzvi həyatın mümkün olduğunu sübut etdi

Bu şəxslər 2500 manat cərimə ediləcək

Dövlət Xidmətindən restoranlara XƏBƏRDARLIQ

Əhalinin ən çox xərci nəyə çıxır? - VİDEO

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Qızıl və gümüş bahalaşdı

AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Bütün xəbərlər