Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xədicə İsmayılın ölkədən çıxışına icazə verilmədi

31-01-2018, 12:50

http://www.bizimyol.info/az/wp-content/uploads/2018/01/76928E50-4D87-4265-B851-639C2F6918B0_cx32_cy9_cw65_w1080_h608-696x392.jpg














Bakı Apellyasiya Məhkəməsindı jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə dair məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiya apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bu, ölkədən çıxışla bağlı onun məhkəməyə üçüncü müraciətidir. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. İttiham olunduğu digər iki maddə – 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib./Bizimyol.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram