Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri sökülüb

13-11-2018, 17:40

Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri sökülüb













Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə növbəti monitorinq keçirib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən virtualaz.org-a verilən məlumata görə, agentliyin sədr müavini Rəşad Mafusov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram