İçməli suyun verilməsində fasilə yarandı
Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə,600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətrafı, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində məhdudiyyətlər olub.