Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

BAKCELL ŞİRKƏTİNİN NÖVBƏTİ FIRILDAĞI: ABONENTLƏRİN CİBLƏRİNƏ GİRİRLƏR.

BAKCELL ŞİRKƏTİNİN NÖVBƏTİ FIRILDAĞI: ABONENTLƏRİN CİBLƏRİNƏ GİRİRLƏR.
1-12-2018, 13:12 535 dəfə baxılıb

BAKCELL ŞİRKƏTİNİN NÖVBƏTİ FIRILDAĞI: ABONENTLƏRİN CİBLƏRİNƏ GİRİRLƏR.









Azərbaycanda fəaliyyət göstərən mobil şəbəkələrin abunəçilərə qarşı etdiyi haqsızlıqlar və özbaşınalıqlar haqqında dəfələrlə məlumat almışıq. DogruXeber.az xəbər verir ki,bu dəfə isə Bakcell mobil şəbəkəsinin istifadəçilərindən biri balansından məbləğ çıxılmasıyla bağlı şirkətin müştəri xidmətlərinə zəng vurur. Şikayətində 2 manata yaxın məbləğin balansından hansı səbəbə çıxıldığını soruşur. Operator sistemə baxdıqdan sonra abunaçiyə internetdən istifadəyə görə balansından xidmət haqqının çıxıldığını deyir. Lakin abunəçi qeyd edir ki, “mənim 5 gb internet paketim var və demək olar ki, internetdən çox az istifadə edirəm. Internet paketi olduğu halda niyə balansımdan xidmət haqqı tutulur?” Cavabında operator ona “o paketin yalnız 4g şəbəkəsinə aidolduğunu deyir”. Müştəri operatora məhz 4g şəbəkəsindən istifadə etdiyini və telefonun həmin şəbəkəni təsdiqlədiyini dedikdə operator bəhanələr gətirməyə başlayır. Hətta abonent telefonunda 4g-nin yazıldığını dedikdə, operator çox dəxlisiz cavab verib məsələdən boyun qaçırmağa çalışır: “O yalnız nömrədə elə göstərir”.
Nömrədə elə göstərir cavabı hansı məntiqə əsaslanır? Nömrə də telefon daxilindədir və əgər telefon 4g şəbəkəsini təsdiq etmirsə o zaman 4g işarəsi də göstərilməməlidir. Bu bakcelin növbəti fırıldağı və vətəndaşı avam yerinə qoyması deməkdir. Tanınmış mobil şəbəkəsi bütün imkanlarından istifadə edərək yenə də vətəndaşların ciblərinə girir. Hər abunəçidən minimum 10-20 qəpik oğurlamaq yüksək məbləğin yaranmasına gətirib çıxarır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram