Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu ərazilərdə su şəbəkələri yaradılır - FOTO

Bu ərazilərdə su şəbəkələri yaradılır - FOTO
14-03-2019, 16:02 1 170 dəfə baxılıb

Bu ərazilərdə su şəbəkələri yaradılır - FOTO



















“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Xəzər rayonunda icra olunan layihələr Mərdəkan, Buzovna, Qala, Şüvəlan, Türkan və Binə qəsəbələlərini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb.

Layihə çərçivəsində Şüvəlan qəsəbəsi Almaz İldırım və Dənizkənarı küçələrinin kəsişməsində yerləşən yaşayış məhəlləsində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 9,8 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Şağan qəsəbəsində də su şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Qəsəbə ərazisində müxtəlif diametrli borularla 3,8 km uzunluğunda yeni su şəbəkəsi yaradılacaq. Binə qəsəbəsinin Südçülük adlanan ərazisində yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi inşa ediləcək. Burada ümumi uzunluğu 4,6 km su xətlərinin tikintisi nəzərdə tutulur.

Hazırda Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.

Ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su veriləcək.

Bu ərazilərdə su şəbəkələri yaradılır - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram