779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb











Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Nazirlikdən DogruXeber.az-a verilən məlumata görə, seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb. Müəyyən edilib ki, 779 vətəndaşla 855 halda 206 işəgötürən tərəfindən cari ilin yanvarın 1-dən etibarən əmək müqaviləsi bağlanıb və həmin müqavilələrə çox qısa müddətə xitam verilib. Məlum olub ki, bağlanılmış əmək müqavilələri orta hesabla 16 gün qüvvədə olub. Hətta bəzi müqavilələrə (20 belə hal) bildiriş elektron sistemə (VEMTAS-a) daxil edildikdən bir neçə saat sonra xitam verilib.

Müvafiq olaraq müqavilələrə 37 halda 1 gün, 20 halda 2 gün, 35 halda 3 gün, 28 halda 4 gün, 19 halda isə 5 gün qüvvədə olmaqla ÜDSY təyinatı aparıldıqdan sonra xitam verilib.

Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib. Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri də məhz məmur-vətəndaş təmasını aradan qaldırmaq, vətəndaş məmnunluğunu təmin etməklə aztəminatlı ailələrin ünvanlı sosial yardıma çıxışında ünvanlılıq prinsipinin əsas götürülməsidir. Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davamlı olaraq aparılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək./Trend

Tarix:2-10-2019, 11:16 Baxış Sayı:42 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat
Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək.
Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı
“Ona görə də maye qazın qiymətini artırmaq əhalinin rifahına mənfi təsir edəcək...”
Paşinyan Lavrovla Qarabağı müzakirə etdi
Qüdrət Həsənquliyev: “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır”
Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində
Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... - GƏLİŞMƏ
Toy, mebel, istehlak üçün alınan kreditlər haqda şok məbləğ
İnstitut direktoru həkimləri tənqid etdi
Cavid Süleymanov Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Köpək balığının yediyi turistlə bağlı təzə xəbər var
Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı
Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
Bakıda həbs olunan erməni agenti - Məhkəmə başlayır
Bazar günü hava dumanlı olacaq
Azərbaycanda Dövlət Bayrağı günüdür
Bu marşrutlar artıq Qara Qarayevə getməyəcək
4G “Nar” şəbəkəsi artıq Zərdabda!
Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırdılar – SON XƏBƏR (Foto)
Metrostansiyalara ad verilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi
Şənbə gününün hava proqnozu açıqlandı
Yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir - Bu şəxslərə satılmayacaq
Bakı Avtovağzalında yeni xidmət - 3 saatı 1 AZN - QİYMƏTLƏR
Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTO
Enerji içkiləri və qəlyan bu xəstəliklərin cavanlaşmasına səbəb olur - Direktor
Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu
Şahin Mustafayevin baş nazirin birinci müavini olacağı gözlənilir
İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla