Bakı bulvarına zərər vuranları cəza gözləyir? - Açıqlama

Bakı bulvarına zərər vuranları cəza gözləyir? - Açıqlama













Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib. Tanınmış aktyor video yayaraq Bakı bulvarındakı bitkilərə zərər verənləri qınayıb. O, paylaşımına ironiya ilə “Kim hələ öz şəhərinin, rayonunun, kəndinin və öz adını bura yazmayıb? Uğurlar!” – şərhinini yazıb.
Bəs görəsən dənizkənarı bulvardakı bu bitkilər necə mühafizə olunur. Məsələ ilə bağlı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı “Yeni Sabah”a danışıb. O bildirib ki, bulvar ərazisindəki bitkilər bulvar idarəsi tərəfindən qorunur:

“Bulvar ərazisindəki bütün bitkilər qorunur, onlara xüsusi diqqət göstərilir. İlin bütün fəsillərində onları qorumaq üçün bulvar idarəsi tədbirlər görür. Həm idarənin bitkilərə baxan müvafiq əməkdaşları, həm də mühafizə əməkdaşları ərazini qoruyur. Amma bulvarın ərazisi 16 km-dir. Təbii ki, orada bir-bir hamını izləmək mümkün deyil. Bəzən insanlar diqqətdən yayınıb nəsə edə bilirlər. Burada məsələ fərd olaraq vətəndaşların üzərinə düşür. Əlimizdə olan qiymətli şeyləri məhv etməmək üçün çalışmalıyıq. İdarədəki əməkdaşlar belə halların yaşanmaması üçün əlindən gələni edirlər. Burada məsuliyyət həm də vətəndaşların üzərinə düşür. Kaktusların üzərinə yazılanlar nə vaxt olub bilinmir - təzədir, ya köhnədir, hansı saatda olub və s. Bitkilərin qorunmasına nəzarət edilir, amma belə hallar da istisna deyil. Yəqin ki, bundan sonra daha diqqətli olar hamı”.



G.Yelmarqızı bulvar ərazisində olan bitkilərə və ya hər hansı əşyaya zərər vurulmasına görə cərimələrin olmadığını deyib:

“Belə hallar üçün cərimə tətbiq edilmir. Burada sadəcə vətəndaş məsuliyyəti deyə bir şey var. Məncə, onlar böyük insanlardır və bunu dərk etməlidirlər. Bura milli parkdır və parkların qorunmasında vətəndaşların da üzərinə məsuliyyət düşür, çünki parklar açıq ərazidir, orada hər bitkinin üzərinə qoruyucu tikmək mümkün deyil. Belə hallarda ictimai qınaq olmalıdır, ən azından kənardan görən şəxslər deyə bilər ki, belə etmək olmaz”.

Tarix:4-10-2019, 15:37 Baxış Sayı:56 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı
Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
“WhatsApp” bu istifadəçiləri bloklayır
İnternat məzunundan bəzi mətbuat nümayəndələrinə sərt müraciət- Video
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
MSK sədri: Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın
Yağış yağacaq, güclü külək əsəcək...
“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi
Bakı metrosunun iki stansiyasının adı dəyişdirilir - Rəsmi
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verilib
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edildi
Almaniya məhkəməsindən azərbaycanlı ailə ilə bağlı qərar - Deportasiya edildi - Foto
Azərbaycanda Konstitusiya Günüdür
Vahid Səmədov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat
Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək.
Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı
“Ona görə də maye qazın qiymətini artırmaq əhalinin rifahına mənfi təsir edəcək...”
Paşinyan Lavrovla Qarabağı müzakirə etdi
Qüdrət Həsənquliyev: “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır”
Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində
Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... - GƏLİŞMƏ
Toy, mebel, istehlak üçün alınan kreditlər haqda şok məbləğ
İnstitut direktoru həkimləri tənqid etdi
Cavid Süleymanov Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Köpək balığının yediyi turistlə bağlı təzə xəbər var
Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı
Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla