Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir





Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır.

Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır. Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır. Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.

Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq. Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.

Tarix:16-10-2019, 15:26 Baxış Sayı:50 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
14 dekabrda gözlənilən hava şəraiti
Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb
DSX: Bu il Ermənistanla sərhəddə 3 yeni hərbi hissə inşa olunub
DEPUTATIN İDDİASI RƏDD EDİLDİ - Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib?
“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq? – İki tanınmış şəxsin adı çəkilir
“Hüseyn Əli Həsənova nə qədər kömək eləyib” - Həbsdə olan keçmiş deputatın ANASI
Xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO
Azərbaycanlı icarə haqqına görə rusiyalı rəqibini güllələdi
“Eurohome”da sahibkarların yanan pullarını kim ödəyəcək? – ARAŞDIRMA
Prezident: "Nazirlərin hesabatlarından sonra yaşamaq istəmirəm"
Hazırda xəstəxanada həkim nəzarətindəyəm.
Zənurə Talıbovaya yeni vəzifə verildi - İİTKM-də təyinat
“Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
“Onun nəyinə “İmperator” deyirlər?” – Fazil Mustafadan sərt tənqid
Azərbaycanda işsizlərin rəsmi SAYI
“Laçın” istismara verildi - Prezident açılışda iştirak etdi - FOTOLAR
“Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri
Baş nazirdən sərəncam – Hakimiyyət orqanlarına tapşırıq verildi
Nazirliyin vətəndaşa qarşı ədalətsiz qərarı-VİDEO
Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək
Təhsil Nazirliyi: 3 müraciətə dair materiallar hüquq-mühafizə orqanlarına göndərilib
Respublikanın çaylarında mövcud vəziyyət
114 mindən artıq pirotexniki vasitə gömrükdən buraxılmadı
“Əbədi cavan” model cazibədarlığının sirrini açdı - FOTO
Pensiyalarla bağlı MÜHÜM YENİLİK - Qaydalar dəyişir, bu aydan etibarən...
“Millət vəkillərinə baxanda bu millətə yazığım gəlir...”
Azərbaycan nefti ucuzlaşdı
Bahalaşma: Siqaretlərin fantastik qiyməti... - “Parlament” 10 manat
Baş nazirdən mühüm SƏRƏNCAM
Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla