Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yaşayış minimumu uşaqlar üçün 10, pensiyaçılar üçün 8 manat artıb - RƏSMİ

Yaşayış minimumu uşaqlar üçün 10, pensiyaçılar üçün 8 manat artıb - RƏSMİ
22-10-2019, 16:15 177 dəfə baxılıb

Yaşayış minimumu uşaqlar üçün 10, pensiyaçılar üçün 8 manat artıb - RƏSMİ






Gələn il Azərbaycanda yaşayış minimumunun məbləği 190 manat olacaq.

DogruXeber.az xəbər verir ki, bu məbləğ, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində göstərilib.

Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.
Məlumat üçün bildirək ki, bu il Azərbaycanda yaşayış minimumunun məbləği 180 manat olub. Əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.
Rəqəmlərdən də göründüyü üçün yaşayış minimumu ölkə üzrə 10 manat, əmək qabiliyyətli əhali üçün 10 manat, pensiyaçılar üçün 8 manat və uşaqlar üçüb 10 manat artacaq.

Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusu nəzərdə tutulur.

Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasın təşkil edir. Azərbaycan Respublikasında minimum əmək haqqı və pensiyaların baza hissəsi, ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilir./Yeniavaz.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram