Budəfəki siyahıyaalmada Bakıdakı erməniləri də qeydə aldılar?.. - Dövlət Statistika Komitəsindən CAVAB GƏLDİ

Budəfəki siyahıyaalmada Bakıdakı erməniləri də qeydə aldılar?.. - Dövlət Statistika Komitəsindən CAVAB GƏLDİ






Bu ilin 1-10 oktyabr tarixlərində əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması keçirilib.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkədə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatdırılıb.

Maraqlıdır, siyahıyaalma zamanı Bakı ermənilərinin, Dağlıq Qarabağ ermənilərinin sayının dəqiqləşdirilməsi, onların sorğulanması hansı şəkildə həyata keçirilib? Onların sayı da siyahıyaalınmanın nəticələrində nəzərə alınacaqmı?

Modern.az-ın məsələ ilə bağlı sorğusunu Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev cavablandırıb.

A.Abbasəliyev bildirib ki, bütün prosedurlar qanunvericilik çərçivəsində icra olunub:

"Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması işğal altında olan ərazilər istisna olmaqla ölkənin hər bir inzibati ərazi vahidi üzrə aparılıb və respondentlərin aid olduğu milliyyət və ya etnik qrup sorğu vərəqəsinin "Milli (etnik) mənsubiyyətiniz” sualına cavabı əsasında müəyyən edilib”.

DSK rəsmisi qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin ikinci yarısınadək nəzərdə tutulub.

Hazırda Bakıda erməni milliyətindən olanların da yaşadığı heç kimə sirr deyil.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bir neçə gün öncə "Din və insan hüquqları" mövzusunda keçirilən konfransda bunu bir daha təsdiqləmişdi.
"Bu gün Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarının qorunması təmin edilir”,- deyən Ombudsmanın sözlərinə görə, 30 il davam edən erməni təcavüzü nəticəsində tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb: "Azərbaycanlılar Ermənistanın monoetnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də ölkəmizdə yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır, onların hüquqlarının qorunmasını təmin edilir".

Qeyd edək ki, Azərbaycanda əhalinin sonuncu siyahıyaalınması 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib. Siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.

Tarix:4-11-2019, 11:14 Baxış Sayı:37 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)
DSX sərhədboyu ərazilərdə gizlədilmiş silahlar aşkarladı
Sabahdan məktəblilərin payız tətili başlayır
Avropadan Azərbaycana böyük köç başlayır - Orduxan:”Hamının qapısı döyüləcək”
"Whatsapp" bu istifadəçiləri bloklayacaq
Sabah qar yağacaq - PROQNOZ
“Prezident idarəçilik sisteminə yenilik gətirdi”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla