“Təcili şəkildə yataqxanalar tikilməlidir” - Qənirə Paşayevadan ÇAĞIRIŞ

“Təcili şəkildə yataqxanalar tikilməlidir” - Qənirə Paşayevadan ÇAĞIRIŞ












Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin komitələrində 2020-ci ilin büdcəsi layihəsinin müzakirəsi zamanı cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində təkliflərlə çıxış edib.



Səhiyyə, əmək və sosial siyasət, elm və təhsil, mədəniyyət, ailə qadın və uşaq məsələləri komitələrində büdcə müzakirəsi zamanı Q.Paşayeva kənd bölgələrində yaşayan insanlarımızın bir sıra təkliflərini səsləndirərək onların da gələn ilin büdcəsində nəzərə alınmasını istəyib.



Deputat ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı məsələ qaldırıb. Prezident İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb:



“Bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı cənab prezidentin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıram. İşlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir”.



Təhsilə, məktəblərin tikintisi və təmirə ayrılan vəsaitlərin daha da artırılmasına ehtiyac olduğunu deyən Q.Paşayeva deyib:



“Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtyac var. Mən təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisini və təmirinin sürətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırırıq”.



Q.Paşayeva həmçinin bildirib ki, kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələ öz həllini tapmalıdır:



“Təhsilin aşağı düşməsinə imkan verməməliyik. Kəndlərdə təhsil düşərsə, bu ölkəmiz üçün problemlərin əsasını qoyacaq. Valideynlərin, kasıb və orta imkanlı ailələrin övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur. Dövlət universitetlərinin yataqxanaları artmalıdır. Yataqxanaların tikintisinə daha çox vəsait ayrılmalıdır. İlkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanalar tikilməlidir, bu proses sürətlə davam etməlidir. Müvafiq qurumları bu məsələni həll etməyə çağırıram”.



Q.Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara çağırışlar edib:



“Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına ancaq çatır. Bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq. Autizmli uşaqların sayını ilən ilə artmasını nəzərə alaraq bu məsələyə xüusi diqqət yetirməliyik və bu uşaqların ailələri ciddi dəstək gözləyir.”



Deputat aliment fondunun yaradılmasının vacibliyi barədə də məsələ qaldırıb.



“Artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır. Bundan başqa çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə qısa zamanda baxılmalı və bu məsələ həllini tapmalıdır”, - deyə Q.Paşayeva bildirib. (Modern.az)

Tarix:8-11-2019, 10:24 Baxış Sayı:39 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)
DSX sərhədboyu ərazilərdə gizlədilmiş silahlar aşkarladı
Sabahdan məktəblilərin payız tətili başlayır
Avropadan Azərbaycana böyük köç başlayır - Orduxan:”Hamının qapısı döyüləcək”
"Whatsapp" bu istifadəçiləri bloklayacaq
Sabah qar yağacaq - PROQNOZ
“Prezident idarəçilik sisteminə yenilik gətirdi”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla