İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY

İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY






Mingəçevir sakinləri qan müayinəsinə getməsinlər, çünki cihaz xarab olub

Mingəçevir sakini Elxan Rəşadov yaşadığı şəhərin mərkəzi xəstəxanasından şikayətçidir. Onun sözlərinə görə, 05.11.2019-cu ildə qan analizi verib, amma bu gün cavabını götürməyə gedəndə məlum olub ki, biokimyəvi analizlər aparılmayıb: “Səbəbini soruşdum, cavab verdilər ki, “artıq üçüncü gündür, bu analizləri yoxlamaq üçün aktivlər (reaktivlər – müəll.) şəhərdə olmadığına görə qəbul etmirik”. Görün, nə gündəyik, Respublikanın dördüncü şəhəri olan Mingəçevirdə, 3 gündür aktiv yoxdur ki, biokimyəvi analizləri etsinlər”.

AYNA şikayətçinin müraciəti ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının (MŞMX) direktoru Könül Ələkbərovla əlaqə saxlayıb. O bildirib ki, hazırda icbari tibbi sığorta layihəsi ilə əlaqədar şimal rayonlarından birindədir, amma xəstəxanada onu əvəz edən rəhbərlik var.

Buna baxmayaraq, şikayətə aydınlıq gətirən direktor qeyd edib ki, xəstənin şikayəti əsassızdır: “Xəstəxanamızda xəstələrə yalnız həkim göstərişi əsasında qan müayinələri təyin olunur. Ola bilər ki, xəstə öz istəyi ilə əlavə analiz istəyib, bundan imtina olunub. Bundan əlavə, bizim qan müayinəsi üçün reaktivlərimiz heç vaxt bitə bilməz, çünki xəstəxanada hər zaman 3 aylıq reaktiv ehtiyatı olur. Adıçəkilən xəstənin və ya başqasının şikayəti, iradı varsa da, xəstəxana rəhbərliyinə, xəstə hüquqları ilə məşğul olan şöbəyə müraciət edə bilər”.

Xəstəxananın baş həkimi Eldar Kərimov isə AYNA-ya deyib ki, problem reaktivlərlə bağlı deyil, xəstəxanada heç vaxt reaktiv çatışmazlığı olmayıb: “Bizim istifadə etdiyimiz xarici aparat (Roche Cobas İntegra 400 Plus) xarab olub. Xarici aparatların təmiri uzun çəkdiyindən problem yaranıb. Şikayətçinin qan müayinələri həyati əhəmiyyətli, təcili olmadığından aparat düzələn kimi müayinənin cavablarını götürə bilər. Onlarla icbari tibbi sığorta ilə gələn xəstəmiz var, nə ilə bağlı sözü olan varsa, gəlib bizə deyə bilərlər”.

Problemlə bağlı yazını hazırladığımız müddətdə direktor Könül Ələkbərov redaksiyamızla əlaqə saxlayaraq, son saata olan mövcud vəziyyəti açıqlayıb: “Hazırda aparat hələ də işlək vəziyyətdə deyil, bir müddət əvvəl aparatın plata deyilən hissəsi dəyişilmişdi, hətta bir illik zəmanət də verilmişdi. Plata təkrar yanıb, yenidən təmirə ehtiyac duyulub, bu səbəbdən Bakıdan mütəxəsislər çağırılıb. Aparat düzələn kimi müayinələrə davam ediləcək”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta Mingəçevirdə pilot layihə olaraq tətbiq edilir və sınaqdan keçirilir.

Tarix:8-11-2019, 13:36 Baxış Sayı:39 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla