DSMF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

DSMF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi











Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib.

Dogruxeber.az bildirir ki, Trend-in məlumatına görə, bununla bağlı Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, ölkəmizdə korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Bu çərçivədə Baş Prokurorluq tərəfindən həyata keçirilməkdə olan belə tədbirlərdən biri - Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmanın aparılmasıdır.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilmişdir.

Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilmişdir.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix:29-06-2020, 15:41 Baxış Sayı:76 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Dağlıq Qarabağda yeni gəlişmə - Separatçılar çarəsiz durumda
Azərbaycanda insanların restoran və iş yerlərinə xüsusi kod vasitəsilə daxil olması təklif edilir
Sabahın hava proqnozu
İşğalçı Ermənistan ordusu atəşkəsi 69 dəfə pozub
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
AERA bu il 431 texniki yoxlama aparıb
SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
AYİB ticarətin maliyyələşdirilməsi proqramının limitini artırıb
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Komitə sədrinin şəhid anasına münasibəti
MEHDİ HÜSEYNZADƏ YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO
“Fairmont” ancaq müştərilərdən üzr istədi : Hovuzu bağladı
Bəhram Bağırzadə aktiv hərəkətlərə başladı
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
Lotu Qulinin tərəfdarları saxlanıldı - Video
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...
ATV-də koronaya yeni yoluxma... – Video
Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar
Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir - FOTO
“Araz Supermarket”lə bağlı cəza
Bakı polisi reyd keçirir - Foto
ATU-nun daha bir klinikasında 24 tibb işçisi koronavirusa YOLUXDU
Çatdırılma xidmətlərinə yenidən icazə verildi
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla