Təhsil Nazirliyi işçi axtarır - SİYAHI

Təhsil Nazirliyi işçi axtarır - SİYAHI












Təhsil Nazirliyi bir sıra vəzifələrin tutulması üçün daxili müsahibə elanı verib.

Dogruxeber.az Metbuat.az-a istinadən xəbər verir ki, müsahibədə nazirlikdə inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. “Dövlət qulluğu haqqında” qanunun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Vakant vəzifələrin siyahısını təqdim edirik:

– Nazirliyin Aparatı, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, şöbə müdiri

– Bakı şəhəri üzrə Təhsil İdarəsi, müdir müavini (2 ştat vahidi)

– Bakı şəhəri üzrə Təhsil İdarəsi, Maliyyə və mühasibatlıq sektoru, sektor müdiri

– Sumqayıt şəhər Təhsil Şöbəsi, müdir müavini

– Hacıqabul rayon Təhsil Şöbəsi, müdir müavini

– Qubadlı rayon Təhsil Şöbəsi, müdir müavini

– Peşə Təhsili üzrə Dövlət Agentliyi, Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsi, şöbə müdiri

Müsahibədə iştirak etmək üçün ərizə və kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) təqdim edilməlidir. Ərizələrin qəbulu iyulun 13-ü saat 18.00-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00 -dan 13.00-dək və 14.00-dan 18.00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər.

Tarix:29-06-2020, 15:49 Baxış Sayı:78 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Dağlıq Qarabağda yeni gəlişmə - Separatçılar çarəsiz durumda
Azərbaycanda insanların restoran və iş yerlərinə xüsusi kod vasitəsilə daxil olması təklif edilir
Sabahın hava proqnozu
İşğalçı Ermənistan ordusu atəşkəsi 69 dəfə pozub
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
AERA bu il 431 texniki yoxlama aparıb
SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
AYİB ticarətin maliyyələşdirilməsi proqramının limitini artırıb
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Komitə sədrinin şəhid anasına münasibəti
MEHDİ HÜSEYNZADƏ YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO
“Fairmont” ancaq müştərilərdən üzr istədi : Hovuzu bağladı
Bəhram Bağırzadə aktiv hərəkətlərə başladı
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
Lotu Qulinin tərəfdarları saxlanıldı - Video
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...
ATV-də koronaya yeni yoluxma... – Video
Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar
Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir - FOTO
“Araz Supermarket”lə bağlı cəza
Bakı polisi reyd keçirir - Foto
ATU-nun daha bir klinikasında 24 tibb işçisi koronavirusa YOLUXDU
Çatdırılma xidmətlərinə yenidən icazə verildi
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla