"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"










Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin axınını tənzimləmək üçün xəttə buraxılan avtobusların sayını artırmaqla metronu əvəz edən ekspres marşrutları xəttə buraxıb. Lakin yenə də, müəyyən saatlarda avtobus salonlarında sıxlıqlar müşahidə olunur. Bəs bunun əsas səbəbi nədir?

Dogruxeber.az xəbər verir ki, məsələ ilə bağlı 7news.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, avtobuslar arasında intervalları azaltmaqla və xəttə əlavə avtobuslar buraxmaqla ictimai nəqliyyatdakı yükü bir qədər azaltmaq olar: "Lakin bu da problemi tamamilə aradan qaldırmır. Sıxlıqların yaranmasına səbəb olan ən vacib amillərdən biri metronun bağlanmasıdır. İctimai nəqliyyat sektoru biri digərini tənzimləyən və balanslaşdıran canlı orqanizm kimidir. Burada metro bağlanırsa, digər nəqliyyat növünün sərnişindaşıma üzrə yükü artır".

Ekspert zaman-zaman müraciətlər edərək vətəndaşları zərurət olmadıqca evdən çıxmamağa və ictimai nəqliyyatdan istifadə etməməyə çağırdıqlarını, lakin bu çağırışlara əməl etməyənlərin olduğunu bildirir: "Xatırlayırsınızsa, insanlar bir dönəm təhlükəsizlik kəmərindən istifadə etmirdilər. Bunun bir səbəbi sürücülərdə olan eqoizm hissi idi. İndi pandemiya şəraitində nəqliyyatda süni sıxlıqlar yaradan, eləcə də qoruyucu tibbi maskadan istifadə etməyən şəxslərin bu hərəkətinin qarşısını ictimai qınaqla almaq çətindir. Qaydalara əməl olunması üçün yüksək məbləğdə cərimələrin tətbiq də cəmiyyət tərəfindən arzuolunan deyil. Sosial-maddi problemlər cərimələrin yüksək məbləğdə müəyyən olunmasına imkan vermir. Buna görə də, vətəndaşların özləri sosial məsuliyyətlərini dərk etməli, qaydalara əməl etməli və mümkün qədər ictimai nəqliyyatdan az istifadə etməlidirlər".
"Metro açılan zaman burada sıxlıqlar yaranır və yoluxma riski artır. Metro bağlandıqdan sonra isə sərnişinlər avtobuslara yönəlir ki, bu da avtobus şəbəkəsinin yükünü artırır. Fikrimcə, bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır və metronunun bağlaması yanlış qərar idi. Nəqliyyatın yükü bütün ictimai nəqliyyat arasında proporsional bölünməlidir", -deyə ekspert əlavə edib.


Oxunub: 539

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər