Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Quraqlıq Aran rayonlarında taxılın becərilməsində problemlər yaradıb, digər bölgələrdə isə yüksək artım var - Nazir

16-07-2020, 12:31

Quraqlıq Aran rayonlarında taxılın becərilməsində problemlər yaradıb, digər bölgələrdə isə yüksək artım var - Nazir














Aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.

Dogruxeber.az Trend-in məlumatına əsasən bildirir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir: “Xüsusi karantin rejimi dövründə bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Bu günədək əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında xüsusi bir problem qeydə alınmayıb. Hazırda əsas diqqət taxıl biçininin yekunlaşmasına yönəlib, ölkə üzrə bir milyon hektardan artıq taxıl sahəsində məhsul yığımı aparılmaqdadır. Taxıl biçinində bu günlərdə ümumiyyətlə 1700-dən artıq kombayn iştirak edib və nazirlik tərəfindən biçinə 700-ə yaxın kombayn cəlb olunub. Hazırkı dövrə qədər 860 min hektardan çox sahədə taxıl biçini aparılıb, sahələrdən bu günədək ilkin olaraq 2,7 milyon tondan artıq məhsul toplanılıb. Bugünkü günə taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5 sentner təşkil edir. Müvafiq olaraq buğda üzrə orta məhsuldarlıq 32,3 sentner, arpa üzrə isə 30,1 sentnerdir”.Nazir deyib ki, bu il havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı xüsusilə bir sıra Aran rayonlarında yüz min hektar ərazidə taxılın becərilməsində problemlər yaradıb: “Ancaq buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bəzi rayonlarda, məsələn Bərdədə 44,1 sentner, Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda 40,1 sentner orta məhsuldarlıq əldə edilib. Bir sıra özəl təsərrüfatlarda, o cümlədən nazirliyin pilot təsərrüfatlarında məhsuldarlıq 60 sentnerədək olub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram