Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə bağlı açıqlama

Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə bağlı açıqlama














Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonunun Masazır kəndində meyvə-tərəvəz satışı ilə məşğul olan Vüqar Əzizov tərəfindən RİH-in adıçəkilən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənova etiraz əlaməti olaraq satdığı soğanı yandırması ilə bağlı vidoe görüntülər yayılmışdır. Məsələ ilə əlaqədar bildiririk ki, müəyyən olunmamış yerlərdə ərzaq və kənd təsərrüfatı məhsullarının satılması, küçə ticarəti ilə məşğul olmaq ətraf mühitin çirklənməsi, mərkəzi küçə və prospektlərin estetik gözəlliyinə xələl gətirməsi, insanların sağlamlığına ziyan olmaqla yanaşı eyni zamanda da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmamış yerlərdə malların satılması inzibati məsuliyyət müəyyən edir. Bununla əlaqədar olaraq Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Həsənov tərəfindən qanunamüvafiq olaraq satıcı V.Əzizova küçə ticarətinin dayandırılması və ərazinin təmizlənməsi ilə bağlı xabərdarlıq edilib. V.Əzizov isə qanunun tələblərinə riayət etməkdən imtina etmiş və satdığı soğanı yandırmışdır. Öz qanunsuz əməllərinin həyata keçirilməsi üçün belə şantaj vasitələrindən istifadə olunması yolverilməzdir. Rayon İcra Hakimiyyəti tərəfindən bu kimi qanunsuz əməllərin, küçə ticarətinin və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətində bundan sonra da qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir.

Sakinlərə müraciət edərək bildiririk ki, yerli icra və bələdiyyə orqanlarının, Qida Təhlükəsizliyi Agentliyinin və polis əməkdaşları ilə birgə aparılan reydlərə baxmayaraq bəzi fiziki şəxslər və istehsalçılar tərəfindən küçədə ərzaq məhsullarının, xüsusən də plasmas qablarda qazlı suların, kənd təsərrüfatı məhsullarının, tez xarab olan süd və süd məhsullarının heç bir gigiyenik normaya əməl olunmadan satışının həyata keçirildiyi müşahidə edilir. İsti yay günlərində bu məhsulların açıq havada satılması əhali arasında mədə-bağırsaq və qida zəhərlənmələrinin yaranması üçün əlverişli şərait yaradır. Bununla yanaşı, satılmayan məhsullar, qida qalıqları və xarab olan kənd təsərrüfatı məhsulları yolların kənarlarına tökülür. Bu da antisanitariya vəziyyətinin yaranmasına, ətraf mühitin çirklənməsinə səbəb olur. Rayon ərazisində yaşanan bu kimi hallara qarşı yerli strukturlar tərəfindən qanunamüvafiq şəkildə tədbilər həyata keçiriləndə isə bəzi şəxslər tərəfindən küçə ticarətinin müdaifiə olunması, qanunlara əməl edilməməsi və hətta şantaj xarakterli əməllər törədilir ki, bu da son nəticədə rayonda sanitar-gigiyenik normaların pozulmasına gətirib çıxardır. Ona görə də Abşeron sakinlərindən küçə ticarətinə qarşı tədbirlərin aparılmasında aidiyyatı təşkilatlara köməklik göstərmələrini xahiş edirik. Bu həm də hər bir sakinin vətəndaşlıq borcudur.
Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə bağlı açıqlama

Tarix:1-08-2020, 15:26 Baxış Sayı:66 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu
190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Parlament işsizliklə bağlı sənədi təsdiqlədi
“Instagram”da “TikToka”a bənzər yenilik
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Sabah hava necə olacaq?
Peşə təhsilinin əhəmiyyəti barədə
Milli Məclisin növbəti iclası keçirilir
Polis əməliyyat keçirdi: Tutulanlar var
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
Metro ilə bağlı rəsmi qərar verildi
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Rayona getmək üçün icazələr belə alınacaq
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Bu çimərliklər istifadəyə yararlıdır - Rəsmi açıqlama
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA
Sabah Bakıda yağış yağacaq
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
Sumqayıt və Novxanı bələdiyyələrinin sədrləri cərimələnib - MƏBLƏĞ
Neft Daşlarında dalğa 5 metrə çatıb - Faktiki hava
Pensiyalarla bağlı millət vəkilindən VACİB AÇIQLAMA
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla