sosial
15.08.2020, 15:46
Bu ərazi tullantılardan təmizləndi, konteynerlər qoyuldu
Binəqədi rayonu G.Ramazanov küçəsində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Dogruxeber.az bildirir ki, bunu Trend-ə Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib:
"Xidmətin əməkdaşlarının nəzarəti altında Binəqədi rayon MKTB-nin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və əraziyə zibil konteynerləri yerləşdirilib".