Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ASAN-da bu xidmətin göstərilməsində problem yarandı

ASAN-da bu xidmətin göstərilməsində problem yarandı
24-08-2020, 16:41 122 dəfə baxılıb

ASAN-da bu xidmətin göstərilməsində problem yarandı












Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət mərkəzlərində xidmətlərdən birinin göstərilməsində problem yaranıb.

Dogruxeber.az Report-a istinadla xəbər verir ki, qurumun mərkəzlərində ASAN imza sertifikatının verilməsi xidməti dayandırılıb.

Belə ki, ASAN Xidmət mobil tətbiqi vasitəsilə həmin xidmət üzrə onlayn növbə verilsə də, mərkəzlərdə vətəndaşlara həmin xidmətin dayandırıldığı bildirilir və bu, proqram yenilənməsi ilə izah edilir.

Qeyd olunur ki, ASAN imza sertifikatı verilməsi xidməti avqustun sonu, sentyabrın əvvəli bərpa olunacaq.

Onu da bildirək ki, bu xidmətin ASAN xidmət mərkəzlərində göstərilməsinə baxmayaraq, bu işi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları həyata keçirir. Dövlət Vergi Xidmətindən bildirilib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılır.

Xatırladaq ki, 27 aprel tarixindən ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində vətəndaşların qəbulu ASAN Xidmət mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram