Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Azəriqaz” İB-də yeni TƏYİNATLAR

“Azəriqaz” İB-də yeni TƏYİNATLAR
11-09-2020, 12:18 81 dəfə baxılıb

“Azəriqaz” İB-də yeni TƏYİNATLAR









“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Dogruxeber.az bildirir ki,bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Belə ki, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, artıq bu barədə müvafiq əmrlər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram