Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Millət vəkili şəhid bulağının açılışında iştirak etdi - Fotolar

Millət vəkili şəhid bulağının açılışında iştirak etdi - Fotolar
21-09-2020, 13:43 221 dəfə baxılıb

Millət vəkili şəhid bulağının açılışında iştirak etdi - Fotolar












Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə mütəmadi olaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə sakinlərlə görüşlər keçirir, onları narahat edən məsələləri operativ şəkildə həll edir.

Növbəti dəfə millət vəkili Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Hazırəhmədli kəndində Şəhid Turab Məmmədovun anası Bəyaz Məmmədovanın evində olub, şəhid ailəsinin problemlərini dinləyiblər. Anar Məmmədov eyni zamanda şəhid Turab Məmmədovun və şəhid Vüsal Əliyevin adını daşıyan bulağın açılışında iştirak edib. Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı olub.

Daha sonra millət vəkili və İcra başçısı bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşüb, kəndin mövcud problemləri ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində birgə müzakirələr aparılıb.

Sonda şəhid anası və sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
(Yenigundem.az)
Millət vəkili şəhid bulağının açılışında iştirak etdi - Fotolar
Millət vəkili şəhid bulağının açılışında iştirak etdi - Fotolar
Millət vəkili şəhid bulağının açılışında iştirak etdi - Fotolar
Millət vəkili şəhid bulağının açılışında iştirak etdi - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram