“Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK

“Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK











Son zamanlar bir sıra ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” kimi lövhələrin asılması halları müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:
– lazımi keyfiyyətli mala dəyişdirməyi;
– satış qiymətini uyğun məbləğdə azaltmağı;
– malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
– malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.
Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.
Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar – qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və s. istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə, 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir. Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.
Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır, belə hallar müəyyən ediləcəyi təqdirdə onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.
İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
(Dosye.org)

Tarix:22-09-2020, 14:12 Baxış Sayı:47 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Müdafiə Nazirliyi: “Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”
Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Düşmənin ölən daha 43 hərbçisinin adı açıqlandı - Siyahı
Zəngilan işğaldan azad olundu
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - Foto
Gəncə təxribatı: Rəsmi şəxslər sakinlərlə görüşdü - Foto
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb
Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur - MN
Ermənilər Tərtər pambıq zavodunu vurdu
Mustafa Şentop İlham Əliyevlə görüşü barədə paylaşım etdi - FOTO
Kafe-restoran və mehmanxanalarda nöqsanlar aşkar edilib
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı RƏSMİ REAKSİYA
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Rayonun sevincinə kədər qatan kimlərdir?!
Həkim Ali Baş Komandana təşəkkür etdi - SİZ ƏSL QƏHRƏMANSINIZ
ŞAD XƏBƏR: Bu ərazilərimiz işğaldan azad olundu
DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb
Hikmət Hacıyev: “Humanitar atəşkəsin ilk saatından Ermənistan mülki şəxslərə hücum etdi”
Gəncə qətliamı Rumıniya mətbuatında
Ankaradan İrəvana daha bir mesaj: Lənətləyirik!
Dövlət Komitəsi Ermənistanın Gəncə terroru barədə bəyanat yaydı
Ermənilər Bakını "İsgəndər"lə vurmaqla hədələyir
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Moldovanın sabiq baş naziri erməni vəhşiliyini pislədi - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla