Çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq - İlham Əliyev

Çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq - İlham Əliyev










"Niyə demirsən “Qarabağ Ermənistandır”. Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Nümayişkaranə bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamağa, işləməyə. İndi baxım görüm kim gələcək Şuşaya məskunlaşmağa. Cəbrayıla yeni yol çəkirdin Ermənistandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda əhali az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq nə məqsədi daşıyırdı? Bizim tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq, əbədi işğalı təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur - Suqovuşandır. Biz başqa tarixi adlarımızı da bərpa edəcəyik. Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs. Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstə başçısının “andiçmə mərasimi”nin keçirildiyi yer nə gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatumla danışırdın. İndi görüm, hansı şərti qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir.

Dogruxeber.az bilddirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!

Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır", - dövlət başçısı bildirib.

Tarix:17-10-2020, 12:44 Baxış Sayı:53 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Azərbaycanlı səfir Kolumbiyanın aparıcı radiolarında erməni terrorundan danışıb
“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” - “New-York Times” Bərdədə / Fotolar
Türk ve Azerbaycanlı çocuklar “Cumhuriyet Bayramı” için aynı klipte buluştu
Məkrli erməninin hədəfi yenə də mülki əhalidir
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
Düşmən Goranboy və Tərtəri atəşə tutdu - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Bu mağaza şəhid ailələrinə pulsuz xidmət göstərir - Foto
ŞAD XƏBƏR: Yeni ərazilər işğaldan azad edildi
Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi – FOTO
Abşeronun kəndlərində COVİD-19 əleyhinə növbəti təbliğat tədbirləri həyata keçirilib
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - RƏSMİ
Ermənistan mülki vətəndaşları və jurnalistləri hədəf alır
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib
“WhatsApp”da “fişinq” kampaniyaları Nazirlikdən xəbərdarlıq
Müdafiə Nazirliyi daha bir erməni yalanını ifşa etdi: “Ağbənd atəşə tutulub”
AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq
Daha bir yüksək rütbəli erməni zabiti məhv edildi - RƏSMİ
Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub
Ermənistan mülki vətəndaşları hədəfə alıb - Hacıyev
Son sutkada 527 nəfər virusa yoluxub, 131 nəfər sağalıb
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Qarabağda metallurgiyanın inkişafı potensialı böyükdür
İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Azərbaycanın səkkiz rayonu Ermənistan tərəfindən atəşə tutulur - RƏSMİ
Yoluxma sayının azalması üçün… - Rusiyalı infeksionist

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla