Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi

Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi
6-11-2020, 12:57 97 dəfə baxılıb

Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi












Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib.

DogruXeber.AZ Ordu.az-a istinadən xəbər verir ki, gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq, terror-təxribat aktları törətməyə cəhd ediblər.

Daxil olmuş əməliyyat məlumatları əsasında, onların "Sərsəng" SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb.

Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv edilib.

Əldə edilən məlumata görə, məhv edilən terrorçuların daxilində "Əl-Həsəkə Hərbi Şurası"nın üzvləri, vaxtilə "Barış Pınarı" əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktları törətmiş Əbdülbari Zərdüşt, Seydo Ahmet, Mahir Qabar kimi şəxslər yer alıb.

Qeyd edək ki, gecə ərzində aparılan əməliyyatlar zamanı azı 15 PKK terrorçusu məhv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram