Bu rayonların xüsusi karantin rejimində dəyişikliklər edilib

Bu rayonların xüsusi karantin rejimində dəyişikliklər edilib











Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.DogruXeber.az Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.

Qərara əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:

- hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

- digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində);

- səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları);

- yük daşımaları və logistika xidmətləri;

- Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

- kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti;

- apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

- kütləvi informasiya vasitələrinin fəaliyyəti;

- maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti;

- mühafizə xidmətləri.

Bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaqdır.

Bu qaydaların tətbiq olunduğu şəhər və rayonlarda:

- İqtisadiyyat nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.
Bu rayonların xüsusi karantin rejimində dəyişikliklər edilib

Tarix:6-11-2020, 15:17 Baxış Sayı:87 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
Məğlubedilməz “Ailə Strategiyası”...-Rövşən Novruzoğlunun yeni tədqiqatlarından
Qarabağda hərbi hissələrə və şəhərciklərə nə qədər vəsait xərclənəcək?
Azərbaycan məhkəmələrində işlərin təxirəsalınma müddəti uzadılıb
Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, - rəqabətli media mühiti yaradılmalıdır
“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... - İLGİNC
"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA
“Az-Granata”da BÖHRANLI GÜNLƏR... - Kütləvi ixtisarlar gözlənilir...
Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR
Xırdalanda yeni inşa edilən nasos stansiyasına baxış keçirilib
Qarabağda Birgə Monitorinq Mərkəzinin fəaliyyəti NİYƏ yubanır... - İLGİNC
Süni valyuta qıtlığının yaranması nəyə və kimlərə xidmət edir? - GƏLİŞMƏ
MEDİA Azərbaycan mediasına nə verəcək? - Gözlənti
Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ
İslahatlar dalğası mediamıza çatdı: bizi nə gözləyir? - GƏLİŞMƏ
Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə... - əlavə problemlər yarana bilər
Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb - TƏBİB
FHN Akademiyasında fövqəl tender! - dəftər-qələmə 4 milyon manat xərcləyəcək
Eyyub Yaqubova ağır itki
"Tənqid edir, sonra da deyirsiniz, öz işidir"
“Deputatın qardaşı əmlakımı qanunsuz yolla ələ keçirib” - İTTİHAM
Çavuşoğlu Qarabağda Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib - MÜHÜM
 “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA
Lavrov və Cavad Zərif Dağlıq Qarabağı müzakirə edəcəklər
“Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - Fotolar
Əhməd İsmayılov mediada tətbiq olunacaq yeniliklərdən danışdı - MÜSAHİBƏ
"Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir" - Prezident İlham Əliyev
Deputat və icra başçısı Naftalanda şəhid məzarlarını ziyarət etdi - Fotolar
Saray qəsəbəsində kanalizasiya xətti çəkilir – İradə Gülməmmədova əraziyə gəldi
“Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla