Bugünədək sahələrdən 6 min tondan çox tütün yığılıb

Bugünədək sahələrdən 6 min tondan çox tütün yığılıb













Sahələrdə tütün yarpağı yığımı davam edir. Noyabrın 20-nə olan operativ məlumata əsasən, fermerlər tərəfindən 6065,2 ton tütün yığılıb, qəbul məntəqələrinə 5087,5 ton quru tütün təhvil verilib.

DogruXeber.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi və düzgün şitil seçimi nəticəsində bu il tütünçülükdə orta məhsuldarlıq göstəricisi yüksəlib.

Ötən ilin yekununda tütünçülükdə yekun orta məhsuldarlıq 19,3 sentner olub. Bu il tütünçü fermerlər mövsümün yekununa xeyli qalmış bu göstəricini yeniləyiblər. Hazırda məhsul yığımının davam etməsi bu il tütünçülükdə orta məhsuldarlığın ötən ilin göstəricisindən yüksək olacağını söyləməyə əsas verir.

Qeyd edək ki, bu il Azərbaycanda 3144 hektar sahədə tütün əkilib, 3141,5 hektar sahədə bitiş alınıb. 2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. 2020-ci ildə Şəkidə 1108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib.

Tütün üzrə orta məhsuldarlıq Şəkidə 32,5 sentner, Qaxda 13,5 sentner, Oğuzda 14,9 sentner təşkil edib. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı və Yardımlı rayonlarında da fermerlər sahələrdən bol məhsul götürüblər.

Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı dövlət tərəfindən dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, fermerlərə qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə isə 5 manat məhsul subsidiyası ödənilir.

Tədarükçülər fermerlərdən təhvil aldıqları tütün məhsulu ilə bağlı məlumatları, o cümlədən alqı-satqı müqavilələrinin və qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edirlər. Məlumatlar yoxlanıldıqdan sonra müvafiq subsidiya məbləğləri fermerlərin kartlarına köçürülür. 2020-ci ildə tütün üzrə məhsul subsidiyasının verilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq.

Hazırda sahələrdə yığım davam edir, yığım prosesinin optimal müddətdə başa çatdırılması gözlənilir.

Tarix:21-11-2020, 11:51 Baxış Sayı:42 Kateqoriya:sosial
SON XƏBƏRLƏR
“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir
İcra başçısı yaralı əsgərin evinə 50 manat göndərdi - Goranboyda rüsvayçılıq... -VIDEO
Döyüşlərdə iştirak edən bu şəxslərə - Şad xəbər
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib
Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı YENİ XƏBƏR
Sumqayıt ŞİH-nə “basqınları” kim təşkil edir? Şikayət var, şikayətçilər isə qeybə çəkilib! – Araşdırma
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldi
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri - Video
FHN polkovniki dövlət sirrini yaydığı üçün həbs edilib - Məhkəmə qərarı
Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib –FOTOLAR
Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO
Azərbaycanda "sms icazə" sistemi bərpa edilir?
Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO
Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto
Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video
Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı
Baş Prokurorluq: Erməni hərbçilərinin meyitlərinə qarşı təhqiredici hərəkətlərlə bağlı videoların çoxu saxtadır
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? – GİLEY
Xızıda evdən pul oğurlandı - FOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEO\FOTO
Bakıda Ağdam coşqusu - Video
Bu şəxslərə Cümə namazı vaxtlarında məhdudiyyət QOYULACAQ?
Azad olunan daha iki kəndin adı DƏYİŞDİRİLDİ
"Asan Xidmət" bu tarixlərdə işləməyəcək
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Milli Məclisin bugünkü iclasının gündəliyi DƏYİŞDİ - YENİLƏNİB
Ermənilər Kəlbəcərdə “qədim tarix” istehsal edirmiş - FOTOFAKT
Sabahın hava proqnozu açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla