Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI

ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI
27-11-2020, 12:08 72 dəfə baxılıb

ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI













Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsinin iştirak etdiyi kontekstdə danışıqların əsası əhəmiyyətli dərəcədə dəyişib.

Bundan sonra ATƏT və Şəxsi nümayəndənin öz işini daha səmərəli şəkildə davam etdirməsini ilk növbədə münaqişə tərəfləri ilə müəyyənləşdirmək lazımdır.

Təşkilatdan bildiriblər ki, rusiyalı sülhməramlıların yerləşdirilməsi və atəşkəsə əməl olunması üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması hərbi təhlükəsizliyi təmin edəcək:

"ATƏT təhlükəsizliyin təmin olunması üzrə təşkilat olmaqla atəşkəs rejimi və böhran idarəçiliyindən tammiqyaslı sülh sazişi və münaqişəsonrası bərpa prosesinə keçiddə rol oynaya bilər. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi tərəflərin razılığı, ATƏT sədrliyinin və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi ilə zərurət təqdirində fəaliyyətini genişləndirməyə hazırdır. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi maraqlı tərəflərə öz xidmətlərini təklif etməyə, siyasi razılaşmalardan konkret fəaliyyətə keçiddə kömək etməyə, etimadın möhkəmləndirilməsi üzrə razılaşdırılmış tədbirlərin hazırlanması və reallaşdırılmasını dəstəkləməyə hazırdır".
(Trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram