Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəfiqə Əliyevanın 90 illik yubileyidir - FOTO

Şəfiqə Əliyevanın 90 illik yubileyidir - FOTO
1-12-2020, 16:04 106 dəfə baxılıb

Şəfiqə Əliyevanın 90 illik yubileyidir - FOTO










Bu gün Əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan mərhum Şəfiqə Əlirza qızı Əliyevanın 90 illik yubileyidir.

Ölkədə tətbiq edilən karantin tədbirləri səbəbindən mərhumun yubileyi illərlə kimya fənnini tədris etdiyi Bakıdakı 190 saylı orta məktəbdə qeyd edilməsə də, bu gün onun şagirdləri və ailə üzvləri Şəfiqə xanımı məzarı başında anıblar.

Qeyd edək ki, Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun kimya-biologiya fakültəsində davam etdirib.Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib təyinatla Şəkiyə göndərilib, daha sonra Lənkəran və Cəlilabad rayonlarında pedaqoji fəaliyyətlə məşğul olub. 1969-cu ildən ömrünün sonuna qədər isə Bakıdakı 190 saylı orta məktəbdə kimyadan dərs deyib.

Respublikanın Əməkdar müəllimi olan Ş.Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, “Canlı aləm haqqında əhvalatlar”, “Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları” adlı kitabların müəllifidir.

O, anası İzzət Əliyevaya həsr olunmuş “Mənim anam”, qardaşı, mərhum akademik Aqil Əliyev haqqında “Xatirəyə dönən illərin işığında” kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Ziyalı” qəzetinin və “Elm və mədəniyyət” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan Ş.Əliyeva 24 noyabr 2008-ci ildə üzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bir qızı, iki nəvəsi var.

Qeyd edək ki, Ş.Əliyeva ümummili lider Heydər Əliyevin bacısıdr.

Şəfiqə Əliyevanın 90 illik yubileyidir - FOTO
Şəfiqə Əliyevanın 90 illik yubileyidir - FOTO
Şəfiqə Əliyevanın 90 illik yubileyidir - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram