Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şeyxülislam: “Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir”

Şeyxülislam: “Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir”
4-12-2020, 13:46 113 dəfə baxılıb

Şeyxülislam: “Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir”









“Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir”.

DogruXeber.az məlumat verir ki, bunu bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Vəhdət namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri şəhidlərə rəhmət diləyib: “44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı. Allah bu qələbəni bizə qismət etdi. Xalqımız xoşbəxt xalqlardan biridir. Bu qələbənin memarı isə Heydər Əliyevdir. 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə üz tutaraq onu dəvət etdi. Azərbaycanın ordusu, siyasəti çox zəif idi, bizim Heydər Əliyevə böyük ehtiyacımız vardı. Heydər Əliyev müstəqil Azərbaycanı yenidən qurdu”.Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndə heç Qarabağla bağlı xəritə də yox idi: “Heydər Əliyev görüşlərdə o xəritələri nümayiş etdirdi. Çünki erməni lobbisinin fəaliyyəti sayəsində hətta bir sıra Avropa dövlətləri Qarabağı Ermənistan torpağı bildirdi”.

A. Paşazadənin sözlərinə görə, Heydər Əliyev Kəbədə olarkən torpaqlarımızın, Qarabağın işğaldan azad olması üçün dualar edib.

QMİ sədri deyib ki, sonrakı dövrlərdə Kəbədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da Qarabağın azad olması, şəhidlərimiz, Azərbaycan üçün dualar etdiyini vurğulayıb: “İlham Əliyev orada bildirdi ki, Azərbaycanda böyük məscid tikəcək. Roma Papası Fransisk bu məscidə gələndə çox təəccübləndi".

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, İlham Əliyev tarixə fateh kimi düşdü: “Düşmən torpaqlarımızda genosid həyata keçirib, məscidlərimizi, kilsələrimizi məhv edib. Hətta Şuşada pravoslav kilsəsini erməniləşdirib”.
(Apa.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram