Boşanmış qadınların qızları da eyni taleni yaşayırlar? – Araşdırma













Son dövrlər boşanmış qadınların qızlarının da eyni taleni yaşadıqlarının şahidi olmaqdayıq. Sual yaranır: bu taleyin qismətidirmi, yoxsa, burada bir qanunauyğunluq var? Bu sualla tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Həkimin fikirlərini moderator.az-ın oxucularına təqdim edirik:
-Boşanmış qadınlar arasında apardığımız test sorğularından aydın olur ki, onlarda aşırı əsəb mövcud olur. Ona görə də onlar həyat yoldaşları və digər ailə üzvləri ilə yola gedə bilmirlər. Bu cür qadınlarda adətən aşağıdakı əlamətlər müşahidə olunur:
– Baş, boyun, çiyin, bel ağrıları (başda keyləşmə də ola bilir);
– Ürək döyüntüləri;
– Diksinmə, qorxu;
– Qorxulu yuxular görüb, gündüzlər bu yuxuların təsirindən çıxa bilməmək;
– Boğulmalar;
– Yuxuda vəhşi heyvanların (yaxud qorxulu varlıqların) onu təqib etməsi;
– Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda);
– Menstruasiya dövrünün həddən artıq ağrılı və sancılı keçməsi;
– Qərarsızlıq (bir fikrə gələ bilməmək);
– Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir);
– Həzm sistemi pozğunluqları;
– Həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq;
və s.
Sadaladığım bu əlamətlərdən bir neçəsi olan qadınlar hmilə qalarkən, onlarda bu əlamətlər daha da artır və bundan çox əziyyət çəkirlər. Nəticədə, ya hamiləlik pozulur, ya da doğulan uşaq əsəbi (bəzi hallarda qüsurlu) doğulur. Bu əlamətləri olan qadınların ailələri bir çox hallarda dağılır.
Diqqətinizi vacib bir məqama da yönəldim ki, bu cür əlamətləri olan qadının dünyaya gətirdiyi ilk övlad qızdırsa, o, böyüdükcə, anada olan yuxarıda sadaladığım bütün əlamətlər həmin qızda özünü göstərməyə başlayır.
Bu əlamətləri olan qızlar ailə qurmağa meyilli olmurlar.
Boşanmış (yaxud, yuxarıdakı əlamətləri olan, ancaq boşanmayan) qadınların ilk qız övladları arasında apardığımız test sorğularından məlum olur ki, onlar adətən sevərək ailə qurmurlar. Menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verir. Əks cinsə həvəsləri olmur. Buna görə də evlilik təkliflərinə çox vaxt “yox” deyirlər. Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyirlər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da artır (analarında olan yuxarıdakı əlamətlər qızlarda da görünməyə başlayır). Bu cür qızlar yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə hamiləlik keçirərək, ilk övladlarını dünyaya gətirirlər. Bu cür çətin hamiləlik nəticəsində doğulan ilk uşaq adətən, əsəbi və xəstə olur. Bu əlamətləri olan qızların da ailə həyatları bir çox hallarda analarınınkı kimi olur – ya dağılır, ya da istirab içində keçirirlər.
-Doktor, bütün bunlar taleyin gərdişidir, yoxsa burada bir qanunauyğunluq, elmi əsas var?
-Əlbəttə, elmi əsası var. Bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. Bütün bunlar əsəbi pozur.
Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu hallar qadında cinsi istəksizlik yaradır, menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomaların… yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir, həyatı dondurur.
Nəticədə bu cür qadınlar və onların böyük qızları boşanmağa meyilli olurlar və şərait yaranan kimi, boşanma arzularını reallaşdırırlar. Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan qızların (qadınların) da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər boşanmaların sayında aşırı artım müşahidə edilməkdədir.
-Bəs bütün bu hallardan necə xilas olmaq olar?
-Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz psixoloji metodla cəmi 21 günə bu enerjidən və onun fəsadlarından (əsəbdən, ağrılardan və boşnmadan) xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur; əsəbi olmur və ailəsinə bağlı olduğundan boşanmaq haqqında düşünmür.


Oxunub: 704

Son xəbərlər

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Bütün xəbərlər