Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

50 yaşlı qadın onu intim fotolarla şantaj edəni bağışladı

50 yaşlı qadın onu intim fotolarla şantaj edəni bağışladı
19-09-2018, 13:01 276 dəfə baxılıb

50 yaşlı qadın onu intim fotolarla şantaj edəni bağışladı













Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən 26 yaşlı Elvin İsmayılovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək E. İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş 50 yaşlı qadın isə onu şantaj edən sevgilisinə yüngül cəza verilməsini istəyib: "Mən əvvəl şikayətçiydim, amma dünən anam yuxuda görüb ki, Elvinin oğlu ondan atasını istəyir. Mənim anam ibadət edən adamdır, ona görə Elvini bağışlayıram. Atamdan da belə görmüşəm ki, hamıya kömək edək. Atam 5 il adamları pulsuz həccə göndərib.

Hər gün düşünürdüm ki, görüm bu gecə nə yazacaq, nələr deyəcək. Gecə klubuna gedirdim ki, fikrim dağılsın, yaşadıqlarımı unudum. İndi fkirləşirəm ki, Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi. Elvinin azadlığa çıxması üçün nə xərc lazımdısa, özüm çəkəcəyəm".

Proses sentyabrın 26-da davam etdiriləcək.

İttihama görə, Elvin İsmayılov sosial şəbəkədə yeni tanış olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə şantaj edərək 10 min manat tələb edib.

Qeyd edək ki, E. İsmayılov 50 yaşlı qadının oğlu ilə dost olub.

Murad Əhməd






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram