Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı - RƏSMİ

Pərvin Abıyeva ilə görüntüləri yayılan polis işdən çıxarıldı - RƏSMİ













Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib

Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb.

“Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir.

DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt ŞPİ-nin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri-qənaətbəxşdir.

Məlumatda qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib

Tarix:29-11-2019, 10:45 Baxış Sayı:68 Kateqoriya:sou
SON XƏBƏRLƏR
Deputat oğlunun həbs müddəti uzadıldı
Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatdı
Rafael Dadaşov palataya köçürülüb
Bakıda 11 dərəcə istilik olacaq — HAVA PROQNOZU
Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub - Nazirlik
İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir
Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDI
Seçkiyə qədər deputatlar maaş alacaq? - AÇIQLAMA
İş və istirahət günlərinin yeri dəyişdirilir - NK-dən QƏRAR
“Aprel şilləsi”ni unudan Anna Akopyan: İrəvanda xal qalmadı...
25 yaşlı gənc icra başçısının köməkçisi oldu - Foto
Mədət Quliyev generala vəzifə verdi
Daha iki icra başçısı vəzifədən azad ediləcək – Mənfi reputasiya...
Atəşkəs yenidən pozuldu
“Bibiheybətdəki sürüşən yolda tikintiyə hələ başlanılmayıb” - RƏSMİ
Paşinyanın arvadı həddini aşdı — Mehriban Əliyevanı Qarabağa dəvət etdi
“Uşağımı geri qaytarın!” - Qarabağda ölən erməni əsgərin yaxınları aksiya keçirdi
Penitensiar Xidmətin rüşvətdə ittiham olunan bölük komandirinə hökm oxunub
Tanınmış azərbaycanlı jurnalist əcnəbi xanımla evləndi – FOTO
"Tələbənin ölümü qida zəhərlənməsindən olmayıb" - AQTA sədri
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...”
Vilayət Eyvazov bu şəxsi rəis təyin etdi
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
Yasamalda binanın zirzəmisindən top mərmisi tapılıb (FOTO)
İctimai yerlərdə spirtli içki içmək qadağan edilir - 1 fevraldan qüvvəyə minir
Milli Məclis bu qanunları ləğv etdi
Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb — İDDİA
Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
Dollarlaşma, geyşa, popler, geyparad... – Dilimizə yeni sözlər daxil edildi
Vilayət Eyvazovdan yeni TƏYİNAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla