Lalə Azərtaş bu gün ATV ilə vidalaşır

Lalə Azərtaş bu gün ATV ilə vidalaşır












"Cümə günü mənim ən sevdiyim gündür. Bu gün həm də mənim üçün çox önəmli gündür. Tamaşacılarımın görüşünə sonuncu dəfə gələcəm".
Dogruxeber.az bildirir ki,, bu sözləri aparıcı Lalə Azərtaş deyib. ATV ilə yollarını ayırdığını təsdiqləyən aparıcı bu gün sözügedən kanalda sonuncu dəfə efirə çıxacağını bildirib:

"2002-ci ildə "ATV Xəbər"dəki ilk efirimdə keçirdiyim məsuliyyət var içimdə. Sizi çox sevirəm. Sevildiyimi də hiss edirəm. Bunun üçün sizə sonsuz təşəkkürlərim var... Bu xəbər bilinəndə, iş yoldaşlarımla sağollaşanda çox şeylər yaşandı: səmimi göz yaşları, alqış sədaları, "sevinc"lər... Tamaşaçılardan bəziləri isə gedişimlə baglı fikir bildirəndə bir neçəsi o qədər gözəl vurğulamışdı ki - O, maddiyat üçün illərlə işlədiyi yerdən getmez. Yəqin nə isə səbəb olub.

Bəli, əzizlərim səbəb var. Amma səbəbi məndə qalsın. Hər birimizə uğur olsun. Atv-nin düşünürəm ki, mənə yalnız uğur qazandırdıqları olub, məni bir çox profildən püxtələşdirib. Ona görə doğma kanalıma səmimi və qucaqdolu təşəkkürlərim var. Xəbər kollektivim isə o qədər peşəkardı ki, inanıram hər zaman öndə və baxılan xəbər proqramı olacaq. İnanıram ki, özünə yenə gözəl bir sima yetişdirəcək.

Bizim yaxşı xəbər aparıcılarımız var və olacaq da. Onlardan öz üslübu olanlar hər zaman parıldıyacaq. Kimsə olmasan, kimisə təkrar etməsən, onsuz da sən seçiləcəksən. O baxımdan həmkarlarıma, kanalın dirəyi olan müxbir və redaktorlarıma, bir sözlə bütün "Atv Xəbər" ailəsinə uğur arzulayıram. Bundan sonrakı hər uğurunuz da mənim uğurum olacaq.

Tamaşaçılarım da deyir ki, siz harda olsanız biz sizi izləyəcəyik. Əziz tamaşaçılarım, sizinlə yenidən görüşmək ümidi ilə...".

Qeyd edək ki, L.Azərtaşın ATV-dən getməsini ilk dəfə Axşam.az saytı yazmışdı.
(Axsam.az)

Tarix:11-09-2020, 12:33 Baxış Sayı:60 Kateqoriya:sou
SON XƏBƏRLƏR
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Ermənilərlə davaya görə həbs olunan azərbaycanlılar azadlığa buraxıldı
Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO
Bakıda qışa hazırlıqlarla bağlı cavabdeh şəxslər təyin edildi
Xətai rayonunun Keşlə qəsəbəsində, Babək prospektində yerləşən "Dalğa" və Suraxanı rayonundakı “Maral” restoranı
Baş redaktordan Komitə sədrinə müraciət...
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi – açıqlama
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir
Pensiya sistemində yeni təkmilləşdirmələr aparılacaq
"Azərişıq ASC" ti işçiləri necə istismar edir-VİDEO
Yasamal sakinlərinin problemi öz həllini tapdı - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“Sədərək” və “Binə” gizli fəaliyyət göstərirmiş – ŞOK VİDEO
Cəbhədə gərginlik: erməni hərbçi öldü – Video
Üzrxahlıq edən deputat məsuliyyətə cəlb olunmaya bilər
Qanunsuz tikililərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanıldı
Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
Cəbhədə atəşkəs yenidən pozuldu
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub? – Özəl
Mədəniyyət Nazirliyində YENİ TƏYİNAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla