Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ramiz Məlik: “Məleykə Əsədova onu yuxusunda görər”

6-12-2017, 01:44

https://apa.az/upload/images/news/2017/december/04/big/rt17576518.png.jpg“Mən heç vaxt Məleykə Əsədovanın valideynlərinin məzarı qarşısında onlardan üzr istəməyəcəyəm. Məleykə onu ancaq yuxusunda görəcək”.

Bunu APA-ya xalq artisti Ramiz Məlik deyib. R. Məlik bildirib ki, M. Əsədova onun şərəf-ləyaqətini alçatmağa çalışır: "Yəni onun tərbiyəsi o həddədir ki, 74 yaşlı kişini təhqir edib, alçatmaq istəyir? Onun yaşı qədər mənim səhnə stajım var. Utanmalıdır, abır-həyası olmalıdır. Deyir, Ramiz Məlikin çox adamla qalmaqalı olub. Mən heç vaxt heç kimlə qalmaqal yaratmamışam. Əksinə, istəsəydim, Ramiz Novruzu 3 illik həbs etdirərdim. Amma mən onu bağışladım. Bu məsələ ilə bağlı da başqa nə isə demək istəmirəm”.

Qeyd edək ki, xalq artisti M.Əsədova APA-ya Ramiz Məlikin cəmiyyətə yanlış informasiya ötürdüyünü deyib. M.Əsədova qeyd edib ki, Ramiz Məlik onun ata-anasının məzarı qarşısında üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram