https://azertag.az/files/galleryphoto/2017/3/1000x669/15124005931658819170_1000x669.jpgDekabrın 4-də Penitensiar Xidmətin (PX) Baş İdarəsində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib.

AZƏRTAC-a istinadən bildiririk ki, xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın sistemli və genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Vurğulanıb ki, Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə çoxsaylı humanist tədbirlər həyata keçirilib, o cümlədən oktyabrın 20-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qəbul olunub. Diqqətə çatdırılıb ki, ədliyyə naziri Fikrət Məmmədov noyabrın 21-də cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən əmr imzalayıb.

“Əmrdə Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edildiyi, bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi əksini tapıb.

Qanunun penitensiar müəssisələr tərəfindən dürüst və mütəşəkkil icrasının, habelə zəruri metodiki köməkliyin göstərilməsi işinin təşkili məqsədilə Penitensiar Xidmət üzrə İşçi qrupunun yaradılmasına dair göstəriş verilib”, - deyə Hüseyn Əlixanov qeyd edib.

Qanunun vaxtında və düzgün icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə verilmiş əmrin icrasının təşkili ilə bağlı Xidmətin məsul əməkdaşlarından ibarət İşçi qrupunun yaradılması barədə Xidmət rəhbərliyi tərəfindən əmrin imzalandığı bildirilib və İşçi qrupunun tərkibi elan olunub.

İşçi qrupuna Qanun tətbiq ediləcək məhkumların dairəsinin müəyyən olunması, Qanunun təsir dairəsinə düşən məhkumların hökmlərinin ətraflı öyrənilməsi, məhkəmələrə sənədlərin təqdim edilməsi, Qanunun tətbiqi ilə bağlı məhkumların və onların qanuni nümayəndələrinin müraciətlərinə diqqətlə baxılması, ətraflı cavabların verilməsi və digər zəruri təşkilati tədbirlərin həyata keçirilməsi kimi mühüm tapşırıqlar verilib.

Sonra “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni Qanuna uyğun maddələrin müəyyənləşdirilməsi, dəyişikliklərin humanist mahiyyəti və əhəmiyyəti barədə izahlar verilib. Bununla yanaşı, məhkumların şəxsi işlərinin və aidiyyəti təqdimatların məhkəmələrə müvafiq müddət ardıcıllığına riayət olunmaqla mərhələlərlə göndərilməsi tövsiyə olunub. Habelə Qanunun təsir dairəsinə düşən məhkumların hüquqlarının pozulması hallarının yolverilməz olduğu xüsusilə vurğulanıb.

Penitensiar Xidmətin qeydiyyat idarəsinin rəisi, ədliyyə polkovniki Rəhim Şeyxəliyev çıxış edərək hesabatların gecikdirilmədən vaxtında təqdim olunmasının zəruriliyini bildirib.

Müşavirədə tabe qurumların əməkdaşlarının məsələ ilə bağlı maraq doğuran sualları cavablandırılıb.

Tədbirin sonunda ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun Qanunun icrasına məsuliyyətlə yanaşmaq, müəssisə rəisləri rəhbər olmaqla azı üç nəfərdən ibarət komissiyalar yaratmaq, hər hansı sui-istifadə və hüquq pozuntusu hallarına yol verməmək barədə tələbləri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda, şəxsi işlərin məhkəməyə göndərilməsi barədə təqdimat nümunələri və müvafiq əmrlərin surətləri müəssisə rəislərinə təqdim olunub.


Oxunub: 700

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər