http://www.azerbaijan-news.az/images/contents/cf2089b68dee7ba3c35bdcd065259365.jpgMoskvada keçirilən “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfransında qaldırdığımız əsas məsələ Dağlıq Qarabağın işğal altında olan ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. İşğal altında olan bu ərazilərə mərkəzi hökumət tərəfindən nəzarət olunmur. Orada silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskvada keçirilən “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfransda iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov qeyd edib ki, narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən qlobal məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ-hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Çox təəssüf ki, bəzi dövlətlərin sözü ilə əməli uyğun gəlmir. Məsələn, çıxışlarda qeyd olundu ki, Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı, o cümlədən orada qoşunları olan Qərb dövlətləri də xəbərdardır. Bəzi dövlətlər bu bəla ilə mübarizəyə ciddi, səmimi yanaşır, digər dövlətlər narkotrafikdən istifadə edib qazanc əldə edirlər.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi təkcə hüquqi deyil, həm də sosial, psixoloji və tibbi problemdir. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçıların çıxışlarından bu sahədə vəziyyətin çox faciəvi olduğu bir daha üzə çıxdı. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisinin tonlarla ölçüldüyünü vurğulayan Ziyafət Əsgərov bildirib ki, statistikaya görə, dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Əlbəttə, yaxın 20-30 ildə bu bəlanın kökünü kəsmək mümkün deyil. Ancaq dövlətlər məsələyə səmimi yanaşsalar, problemin qarşısını müəyyən qədər almaq olar. Bu, həm də gələcək nəslin sağlamlığı deməkdir. Bu problemin həlli yalnız dünya dövlətlərinin birliyi sayəsində mümkündür.


Oxunub: 583

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər