dunya
5.12.2017, 02:37
Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qərar fərmana qarşı qaldırılan iddiaların nəzərdən keçirilməsinədək müvəqqəti olaraq qüvvədə qalacaq.
D. Trampın fərmanı İran, Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.
Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı icra olunacaq.
Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub.