http://qafqazinfo.az/uploads/1512448757/0101010.jpgXəbər verdiyimiz kimi, prezident İlham Əliyev Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı kimi tanınan Yaşar Məmmədovu tutduğu vəzifədən azad edib. “Qafqazinfo” məsələ ilə bağlı Y. Məmmədovun Unikal.org-a verdiyi müsahibəni təqdim edir:

- Tutduğunuz vəzifədən azad olundunuz. Bu barədə nə deyə bilərsiniz?

- Əvvala qeyd edim ki, mən prezident İlham Əliyevin əsgəriyəm. 2010-cu ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam. 2010-cu ilin aprel ayından Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində, 27 yanvar 2015-ci ildən Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişəm. Bunları xatırlamaqda məqsədim odur ki, mən ömrüm boyu vətənimə xidmət etmiş adamam. Kifayət qədər vəzifələrdə olmuşam. Dünən də icra başçısı vəzifəsindən azad olundum. İşimi təhvil-təslim etdikdən sonra tərk etmişəm. Bundan sonra da qalan ömrümü prezident İlham Əliyevin əsgəri kimi, vətənimə həsr etməyə hazıram.

- Mətbuatda keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamı kimi təqdim olunursuz. Məhz ölkə başçısının bu sərəncamı sabiq nazirin yaxını olduğunuz üçün verdiyi deyilir...

- Kim nə yazır qoy yazsın. Onu deyim ki, Ziya müəllim mənim bibim oğludur. Azərbaycanın ən yaxşı nazirlərindən biri olub. Mən onun etiklərini heç vaxt dana bilmərəm. Onunla fəxr edirəm. O, Azərbaycana düşmən deyil ki? Mən onu tarixdən silə bilmərəm?

- Qohumluq əlaqələriniz işdən azad olunmağınıza nə kimi təsir göstərdi?

- İşdən azad olunmağıma gəldikdə isə, bir daha deyirəm mən prezidentin əsgəriyəm. Prezident İlham Əliyevin işdən çıxarılmam ilə bağlı sərəncamını şərh edə bilmərəm. Vəzfəyə təyin edən və vəzifədən azad edən cənab Prezidentdir. Görünür, belə məsləhət bilib. Məni icra başçısı kimi, 8 il vəzifədə saxlayan İlham Əliyev olub. Yuxarıda qeyd etdiyim kimi, 5 il Ucar, 2 ildən artıq Quba rayonunda icra başçısı vəzifəsində çalışmışam. Bununla belə, 10 ildən artıq polis rəisi vəzifəsində olmuşam. Mən hazırda evimdəyəm, istirahət edirəm....

- Prezident İlham Əliyevin sərəncamından sonra Ziya Məmmədovla əlaqə saxlamısınız?

- Bəli, dünən Ziya Məmmədovun özü mənə zəng vurdu və bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa "fikir” söyləyərsən? Çaşarsan ha birdən... Məni bu məsələdə diqqətli olmağa çağırdı.

- Bəs siz nə dediniz?

- Ziya müəllimə cavab olaraq bildirdim ki, mən uşaq deyiləm. Harada, nəyi danışmağı yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım.

- Bundan sonra dolanmağınız üçün hansı işlə məşğul olacaqsınız?

- Mən keçmiş polis əməkdaşı olduğum üçün 950 manat pensiya alıram. Allah bərəkət versin. Normal yaşamağım üçün yetərli məbləğdir.


Oxunub: 994

Son xəbərlər

Xaricdə təhsil alan 20 nəfərin diplomu tanınmadı

Paşinyan ATƏT-in amerikalı həmsədri ilə görüşdü

"Münhen Təhlükəsizlik Konfransı korrupsiyaya uğrayıb" - Medvedev

Antiinhisar qanunvericiliyinin pozulmasına görə 15 iş qaldırılıb

İlham Əliyev Çin liderinə başsağlığı verdi

Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri MÜŞFİQ MƏMMƏDOV BARƏSİNDƏ ŞOK İDDİALAR / Video

Azərbaycan,Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında söhbət

"Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq" - Ərdoğan

"Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Lavrov

Ağalar Vəliyev biznesini hansı ad altında GİZLƏDİR?.. - İLGİNC FAKTLAR

Yağışlı hava şəraiti nə vaxtadək davam edəcək?

Büdcə zərfinin müzakirəsi gündəlikdən çıxarıldı

Azərbaycanda strateji malların siyahısı hazırlanır

NATO Belarusa qarşı müharibəyə hazırlaşır?

Ukraynalı ata ögey qızını ruslara satdı, sonra isə...

Rektor Yusif Yusubovun "BİZON BİZNESİ" - İDDİA

"Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə siyasi riyakarlıqdır" - MM

Məşhur meyxanaçının səhhəti pisləşdi - VİDEO

DSX-nin əsgəri özünü GÜLLƏLƏDİ

QİÇS xəstəliyi daha çox bu bölgələrdə yayılıb

Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadıldı

Nazir Olivier Varhelyi ilə görüşdü

Marketdə saxta spirtli içkilər aşkarlandı

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Kərim Vəliyev ABŞ-da bir sıra görüşlər keçirdi

Dekabr ayına olan hava proqnozu

XİN-dən Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb" - MN

"Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müzakirələr davam edəcək" - Ermənistan XİN

Bütün xəbərlər