http://news.lent.az/upload/images/news/2017/december/05/big/5ab77b44eae4641789d6e6b8f9718c6c.jpgƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov pensiyaların yeni indeksasiya mexanizmi və pensiya məbləğinin neçə faiz artacağını şərh edib. Ekspert bildirib ki, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var: “Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək. Pensiya məbləğində artımlara gəldikdə isə, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7.2 faiz artıb. Doğrudur, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6.2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti aylarda faktiki göstərici ciddi dəyişməzsə, o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq. Orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq, bu halda orta pensiya 15 manata yaxın artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək, yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Gələn ay indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.


Oxunub: 705

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər