http://teref.info/uploads/posts/2017-12/1512555136_1.jpg"Azəbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib.

Onlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı - Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan növbəti prosesdə şahid Rövşən Şamilov ifadə verib. O, deyib ki, tanışı Şükür Məmmədov kredit götürüb: "Mən də ona zamin durmuşam. Sonra öyrəndim ki, Şükür pulu Əlisultana verib. Kredit ödənilməyəndə mənə zəng etdilər. Belə bir problem üzə çıxdı".

Əlisultan Məmmədov həmin kreditin bir hissəsini ödədiyini, işdən çıxarıldıqdan sonra ödəniş edə bilmədiyini söyləyib. Prosesin davamında şahidlərin hamısının dindirildiyi elan edilib. Daha sonra təqsirləndirilən şəxslərdən Ramin Səməndərov ifadə verib. Uzun müddət bank sektorunda çalışdığını söyləyən R.Səməndərov sonuncu vəzifəsinin kredit şöbəsinin müdiri olduğunu bildirib.

R.Səməndərov ona qarşı irəli sürülmüş ittihamlar üzrə ifadə verib: "İttiham aktında mənə verilən ilk epizod Şərfalı Ağayevin adına kredit ayrılması ilə bağlıdır. Həmin sənədlər də Əlisultan Məmmədov tərəfindən hazırlanıb. Heç bir mənimsəmədən söhbət gedə bilməz. Əlisultan müəllim həmin ərəfədə 2-3 min manat maaş alırdı. Haradan bilərdi ki, həmin pullar ona veriləcək və bu pullar mənimsəniləcək. Şərfalı Ağayevin adına kredit ayrılandan bir müddət sonra gəlib dedi ki, "mən burda olmamışam". Mən də bunu Əlisultan müəllimə dedim. Əlisultan müəllim dedi ki, "belə bir şey ola bilməz". Özü aydınlaşdıracağını söylədi. Digər epizod Aygün Tağıyevaya kredit verilməsidir. Aygün xanım Əlisultan müəllimin yoldaşıdır. 33 min kredit verilib. Qarşılığında isə ev girov qoyulub. İttihamda yazılır ki, guya mən həmin krediti riskə qoymuşam. Axı bankın kredit komitəsinin qərarı varsa, mən həmin krediti necə riskə qoya bilərəm?"

Təqsirləndirilən R.Səməndərov ifadəsinin davamında da ona qarşı irəli sürülən epizodların heç biri ilə razılaşmadığını deyib: "Məhəmməd Həsənovun adına olan kreditin də riskə qoyulması ilə bağlı mənə ittiham verilib. Həmin kredit 15 min manatdır. Amma mən 10 min manata qədər kreditin verilməsinə imza çəkə bilərəm. Yüksək məbləğə yalnız baş idarədən, kredit komitəsindən razılıq verilə bilər. Digər epizod isə Kərim Kərimova kredit verilməsi ilə bağlıdır. O, banka qızıl qoyaraq kredit götürüb. 7 min dollardan yüksək dəyəri olan qızıl hazırda bankdadır. Bunun qarşılığında Kərim Kərimova 5700 manat kredit ayrılıb. Fərda Həsənovun epizodu üzrə də qeyd edilir ki, mən ona da ayrılmış krediti riskə qoymuşam. Amma belə deyil. Çünki Fərda Hüseynov bankın işçisi, Əlisultan Məmmədovun sürücüsü olub. Bankın İdarə Heyyətinin qərarı ilə Fərda Həsənova kredit ayrılıb. Amma heç kim bilmirdi ki, Fərda həmin pulu Əlisultan Məmmədova verəcək. Heç bankın filial müdirinin də bundan xəbəri olmayıb. Kredit ayrılan digər şəxs İlqar Məlikov da bankın işçisi kimi kredit götürüb. O da götürdüyü krediti Əlisultan Məmmədova verib. Amma bunu da heç kim bilməyib. İlqar Məlikova da İdarə Heyyətinin qərarı ilə kredit verilib. Yusif Əsədova kredit ayrılıb. O qaz idarəsində şöbə müdiri olub. Əlisultan Məmmədovla dost olub. Adına götürülən kreditin bir hissəsini Əlisultan Məmmədova verməsini sonradan bilmişəm. Mənə qarşı irəli sürülən iki ittiham üzrə isə mənə aid heç bir məsələ yoxdur. Çünki hər iki şəxsə kredit ayrılanda mən məzuniyyətdə olmuşam. Bankda olmadığım halda necə kredit verə bilərdim?"

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək deyib ki, yeganə təqsiri görmədiyi hallarda bəzi şəxslərə kredit verilməsinə razılıq verməsi olub: "Bir məsələni də qeyd edim ki, Əlisultan Məmmədov uzun illər bankda müdir müavini olub, rayonda da kifayət qədər nüfuzlu şəxs olub. Onun məsləhəti ilə həmin şəxslərə kredit ayrılıb. Amma onun bizə təklif etdiyi şəxslər barəsində bankın müdirinə məlumat verilib. Bildirilib ki, bu şəxslərə kredit verilməsini Əlisultan Məmmədov təklif edir. Rəhbərlik də razılıq verəndən sonra kredit ayrılıb. Mənim günahım sadəcə bəzi şəxslər kredit verəndə onları görmədən sənədlərə imza atmağımdır. Bunun səbəbi isə Əlisultan müəllimin razılığı və məsləhətləri olub".

Məhkəmənin növbəti iclasında digər təqsirləndirilən şəxslər ifadə verəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər. Onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.


Oxunub: 650

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər