https://apa.az/upload/images/news/2017/december/22/big/dem-qazi-1.jpg













“Azəriqaz” İstehsalat Birliyi abunəçilərə müraciət edib.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Məlumatda deyilir ki, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq, 2017-ci ildə olduğu kimi 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Həmçinin Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2018-ci il tarixdən başlayaraq smart-karta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanacaq.

İstehsal Birliyi tərəfindən qeyd edilib ki, cari il ərzində abonentlərin istehlak etdikləri təbii qazın monitorinqi aparılıb və məlum olub ki, mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin 20%-i ayrılmış illik limiti keçib.

“Azəriqaz” İB istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədi ilə bildirir ki, dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılacaq və növbəti il üçün limitin hesablanmasına start veriləcək. Odur ki, hesabatların vaxtında aparılması məqsədilə, sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması üçün “Azəriqaz” İB-nin əməkdaşlarına şərait yaradılması istehlakçılardan xahiş olunur.


Oxunub: 626

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər