https://cdn2.trend.az/media/pictures/2015/03/12/trend_baki_icra_hakimiyyeti_120315.jpg

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) sökülən evlərin yerində tikinti işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

dogruxeberaz.info Trend-ə istinadən xəbər verir. BŞİH-in açıqlamasında deyilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Suraxanı rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə Suraxanı rayonunun inzibati ərazisi sərhədində yerləşən yaşıllıq sahəsində naməlum şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və həmin ərazidə özbaşına tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olub. Qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilib ki, sözügedən ərazi Suraxanı rayonunun inzibati ərazisinə daxil olmasına baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2013-cü il tarixli, 2in(82)-1196/2013 saylı qərarı ilə qanunsuz olaraq vətəndaş Məmmədova Kəklik Hüseyn qızına 0,24 ha torpaq sahəsinə icarə müqaviləsinin bağlanılması vəzifəsi Nizami rayon bələdiyyəsinə həvalə edilmiş və sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-814/2013 saylı, 20.06.2013-cü il tarixli qərardadı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-404/14 saylı, 12.03.2014-cü il tarixli qərarı ilə ləğv olunub. Lakin ləğv olunmuş məhkəmə qərarlarına heç bir əhəmiyyət verilmədən, əvvəllər məhkum olunmuş Kəramət adlı şəxs və havadarlıq etdiyi bir qrup şəxslər tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılıb. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə 14.11.2017-ci il tarixdə həmin ərazidə özbaşına inşa edilmiş tikintilərin söküntüsünü apararkən, həmin qanunsuz tikinti işlərini həyata keçirən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət adlı şəxs və onun havadarlıq etdiyi ona yaxın olan adamlar tərəfindən hücuma məruz qalıb, həmin şəxslər əməkdaşlarımıza soyuq silah olan bıçaqla hücum edərək xəsarət yetirməyə cəhd ediblər. Həmin vaxtı qanunsuz tikinti işlərini həyata keçirən şəxslərdən biri öz qanunsuz əməllərinə bəraət qazandırmaq üçün özünə xəsarət yetirməyə səy göstərib və bunun da qarşısı tez bir zamanda alınıb. Həmin şəxsin qeyd olunan qanunsuz əməli Bakı şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə müvafiq qaydada aktlaşdırılıb. Bütün bunlara baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 ədəd fərdi yaşayış evi və 5 ədəd yarımçıq inşa edilmiş tikililər sökülüb və ərazi tamamilə təmizlənib".

Qeyd olunur ki, həmin söküntü işləri zamanı Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən onları təhqir edib bədən xəsarəti yetirməyə cəhd göstərən və həmin qanunsuz tikinti işlərini həyata keçirən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət və onun havadarlıq etdiyi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayon prokurorluğuna müraciət edilib və hazırda iş üzrə araşdırma aparılır:


Oxunub: 723

Son xəbərlər

Şok-Şok Bərdədə dövlət meşələrində kütləvi "soyqırım" faktı_Video

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Bütün xəbərlər