http://eco.gov.az/uploads/xeberler/bina.jpg

dogruxeberaz.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən xəbər verir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 18-24 dekabr 2017-ci il tarixlərində növbəti reyd keçirilib.

Keçirilən reydlər zamanı Astara rayonu ərazisində Lənkəran rayonu Bürcəli kənd sakini Samid Miriyevə məxsus “Ural” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 6,41 m3 həcmində fıstıq cinsli işlik materialdan hazırlanmış taxta aparıldığı aşkar edilib. Fakta bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 958,20 manat məbləğində ziyan tətbiq edilib.

Lənkəran rayonu ərazisində keçirilən reyd zamanı Lerik rayonu Bürsülüm kənd sakini Rüsvət Muxtarova məxsus “UAZ-469” markalı 43BC425 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 300 kiloqram olan 60 kisə kömür aşkar edilib. Faktla bağlı qanun pozucusuna 222,21 manat məbləğində ziyan tətbiq olunub və onun barəsində akt tərtib edilib.

Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı Oğuz rayonu Xaçmaz kənd sakini Natiq Haşımova məxsus “Naz Lifan” markalı 48BD990 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 226 kiloqram olan 113 kisə, Qəbələ rayonu Mirzəbəyli kənd sakini Arzu İbrahimova məxsus “Mersedes E190” markalı 10VM127 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 140 kiloqram olan 70 kisə və Bakı şəhər sakini Elmar Heydərova məxsus “Ford Transit” markalı 90OA626 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1000 kiloqram olan 500 kisə kömür aşkar edilib. Faktlarla bağlı qanun pozucularına ümumilikdə 1416,65 manat məbləğində ziyan tətbiq olunub və onlar barəsində aktlar tərtib edilib.

İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qalınçaq kənd sakini Ağaseyid Ağalarova məxsus “Vaz 2106” markalı 31BF573 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 270 kiloqram olan 135 kisə kömür, rayonun Çəmənli kənd sakini Afət Soltanova məxsus həyətyanı sahəsində 3,0 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 342,15 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda rayonun Çəmənli kənd sakinləri Sirac Hacıyevə və Cəlal Ramazanova məxsus həyətyanı sahələrində ümumilikdə 5,76 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun və yerüstü kömür basması aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində akt və protokollar tərtib olunub və onlara ümumilikdə 1023 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Qəbələ rayonu ərazisində keçirilən reyd zamanı rayonun Məmmədağalı kənd sakini Seymur Əzizova məxsus həyətyanı sahəsində 2,0 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 41,44 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda rayonun Məmmədağalı kənd sakinləri Çingiz Zamanova, Mehman Eyyubova və Cavanşir Aslanova məxsus həyətyanı sahələrində ümumilikdə 5,94 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun və yerüstü kömür basması aşkar edilib. Faktlarla bağlı qanun pozucularına ümumilikdə 719,32 manat məbləğində cərimə və ziyan tətbiq edilib və onlar barəsində akt və protokollar tərtib olunub.

Oğuz rayonu Tayıflı kənd sakini Rəşad Dursunova məxsus həyətyanı sahəsində 2 ədəd kömür quyusu və 10 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona 386,40 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Hazırda reydlər davam etdirilir.


Oxunub: 601

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər