Həyatın hər anı üçün aforizmlər










1. Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə Həyat deyilir.

2. Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.

3. İnsan kəsrə bənzəyir; Surət onun həqiqətdə necə olması, Məxrəc isə onun özü barədə nə düşünməsidir. Məxrəc böyüdükcə kəsrdə kiçilir.

4. Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.

5. Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.

6. Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.

7. Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.

8. Bir insana əvəz olunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.

9. Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki; ən böyük ağrıları gizləmək üçündür.

10. İnsan, həyatda iki məna anlayar: Birinci ağlayanda, digəri gülərkən. Və yalnız bir dəfə qiymət bilər; O da əlindəkini itirərkən.

11. Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.

12. Həyatın ən çətin sualları – ağılın düşündüyü amma ürəyin cavablandıra bilmədiyi suallardır.

13. Yalançı olmaq üçün yaddaş lazımdır.

14. Hər şey keçmişdə qalır amma heç bir şey keçmir.

15. İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən.

16. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.

17. İt sənə dost olar bir sümük atsan, Namərd qədir bilməz qurban da olsan.

18. Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.

19. Həyatın iki faciəsi var: bri arzumuza çata bilməmək, digəri isə istədiyimiz əldə etməkdir.

20. Zaman keçir? Yox səhv olaraq belə düşünürsünüz!…zaman dayanıb siz keçib gedirsiniz.

21. Sən nəyə hazırsansa, o da sənə hazırdır.

22. Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi: Sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

23. Həyat dəlixanadır xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan.

24. Əgər kimin dostun olub olmadığını bilmək istəyirsənsə, susmalı sakit bir küncdə dayanmalısan, yoxluğunu hiss edənlər və səni axtaranlar əsl dostlarındır.

25. Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, qanun kimin tərəfindədir.
dogruxeberaz.info
B.Redaktor: K.Əsgərov


Oxunub: 3 111

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər